Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazpəri ilə Elza arasında dava: “Bazar adamı ilə oturmaram!” – VİDEO

Elza Seyidcahan: “Bahalı ətirlər almısınız, amma mənə bir manat da verməmisiniz”

 

Yenixeber.org: “Azərbaycanın səsi” layihəsində jüri olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşanıb.

 Dostəliyevanın Elza Seyidcahanın tələbələrindən bəhs etməməsi onu özündən çıxarıb.

“Nazpəri xanım hamının tələbələrinin adını çəkdi. Amma mənim tələblərimdən danışmadı. Ancaq mənim elə birinci tələbəm Nazpəri xanım olub. Konservatoriyada oxuyanda gəldi məndən iki musiqi oxudu. Mənim tələblərim Elnur Məmmədov, Rüstəm, Ramal Hüseynovdur. Sizdən heç gözləməzdim. Üstünüzdə əziyyətim olub. Bir qəpik də mənə pul verməmisiniz. İki mahnı vermişəm, bahalı ətirlər almısınız, amma mənə bir manat da verməmisiniz. Mənə pul verən, səhnəyə çıxaran Brilliant Dadaşova olub. Siz mənə heç nə etməmisiniz, tələbəyə nə edəcəksiniz?”, – deyə Elza əsəbiləşib və iradını bildirib.

Dostəliyeva isə əvvəlcə Elzanın sözlərini gülüşlə qarşılasa da, daha sonra ayağa qalxıb, “Mən bu yarışmanı tərk edirəm. Belə bazar adamı ilə heç vaxt burada oturmaram”, - deyərək proqramı tərk edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam