Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Şövkət Ələkbərovanın doğum günüdür

    

Şövkət Ələkbərovanın doğum günüdür
Bu gün Azərbaycanın mərhum xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.
 Yenixeber.org: Unudulmaz sənətkar 1922-ci ildə Bakıda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizə bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə qatılıb və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Şövkət Ələkbərova Opera Teatrında keçirilən yekun konsertdə "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 

Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. Rusiyanın bir çox şəhərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

O, "Qarabağ", "Çay", "Bir könül sındırmışam", "Ana", "Axşam", "Sənsən ürəyim", "Tez gəl", "Dərələr", "Gəl, səhərim" və digər mahnıların əvəzedilməz ifaçısı olub. 

Ş.Ələkbərova 1993-cü ildə 70 yaşında dünyasını dəyişib. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?