Redaktor seçimi
SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI -
Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu-
Karolina Valiant da yoxlanılır?-
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! –
Qubanın icra başçısının Avropadakı biznesi ifşa olundu-
İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-
Məhkəmə qərarı belə icra olunur-
Səfər Mehdiyevin yeni bəlası: Əbülfəz Məlikov... -
Günün xəbəri

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Ruhi, əsəb və digər psixoloji problemləri olan Selena Qomez xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Buna səbəb müğənninin uzun müddət sevgili olduğu, hətta evlənməyə hazırlaşdığı Castin Biberin bu yaxınlarda məşhur model Heyli Bolduinlə gözlənilmədən evlənməsi olub. İddialara görə, gənc müğənni ötən ay həftə ərzində iki dəfə xəstəxanaya aparılıb. Los-Ancelesdə tibb mərkəzinə yatırılan 26 yaşlı ulduzun analizləri nəticəsində məlum olub ki, leykosit sayı aşağı düşüb.

Məlumat üçün bildirək ki, müğənniyə keçən il böyrək köçürülüb. Mənbələrin sözlərinə görə, eks-sevgilisinin qəfil evlilik qərarı və yaşadığı sarsıntılar müğənninin səhhətinə pis təsir edib.

Ulduzun yaxınları bildirib ki, Selenaya "Panik-atak” diaqnozu qoyulub və ciddi müalicə yazılıb. Başqa bir məlumata əsasən, Selena Qomez keçmişdə dialektik davranış terapiyası alıb və bu xəstəlik yenidən şiddətlənib. Sözügedən xəstəlik zamanı xəstədə özünə zərər vermək halları, intihara təşəbbüs, depressiya, işthasızlıq və travma sonradan ağır stress kimi bir sıra ruhi sağlamlıq problemləri müşahidə olunur.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?