Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

NURLU ÖMÜR

 Yenixeber.org: Həyat su kimi axır, insan yaşa dolur və insanın gerdə qoyduğu illərin xoş əməlləri cöhrəsinə, üzünə qonur. O, insan xeyirxahdırsa, səmimidirsə, təmizdirsə, haqqı nahaqdan ayrırsa, ağa qara demirsə, ədalətlidirsə, həqiqəti sevirsə, sözgəzdirən, ara vuran, başqalarının paxıllığını çəkən deyilsə, o cöhrədə, üzdə bir ilahi nur, işıq görünür. Yox, əgər ömrünü pisliyə, qiybətə, şərə sərf etmişdirsə, o sifətdə ancaq şeytani hissilər görmək olar. Bu, bir həqiqətdir ki, insanın üzündə elə- belə nur yaranmır. Ona heçdən nurlu, işıqlı adam demirlər. O nuru, işığı da insanlara əməli saleh işlərinə görə Tanrı verir. Tanrı lütvüdür. Yazıma belə bir giriş verməyimin əsas səbəbi əziz və dəyərli dostum, uzun illər Xətai rayonundakı 263 saylı məktəbdə uşaqlara coğrafiya fənini tədris edib sevdirən Xatirə xanım Kərimovanın necə bir nurlu, işıqlı insan olduğunu dəyərli oxuculara çatdırmaqdır. İşıqlı, nurlu ziyalı bütün varlığı ilə öz ləyaqəti, nufuzu, davranışı ilə başqalarından seçilir, xalqın çəkdiyi ağrı- acını özününkü kimi yaşayır, halalıqla, düzlüklə, saflıqla yaşayır.

Xatirə müəllimi uzun illərdir ki, tanıyıram. Aramızda səmimi dostluğumuz və bir- birimizə dəyər verməyimiz var. Bir nəfər şair dostumuzun (ikimizin də) kitab təqdimatında tanış olmuşuq. Bu tanışlığımız möhkəm, dayanıqlı dostluğa çevrilib. Deyir dostunu de, sənin kim olduğunu deyim. Mən böyük qürur və fərəh hissi ilə Xatirə xanımın adını çəkirəm, onu nişan verirəm. Və bu yerdə dünya şöhrətli musiqiçi Paqaninin bir məşhur kəlamı yadıma düşür: "Xoşbəxt o adamdır ki, onun anlayanı var".

Qarşıdakını anlamaq, başa düşmək Tanrının insana verdiyi ən böyük nemət, ən böyük ziynətdir. Bu neməti, bu ziynəti heç bir yolla əldə etmək, qazanmaq mümkün deyil. Onu İlahi sevdiyi bəndəsinə verib onu zənginləşdirir, üzünü nurlu, dodağını təbəssümlü edir. Ona görə də ətrafdakılar onu görməyəndə darıxır, sıxılır, hətta özünü tənha, kimsəsiz hiss edir. Doğurdan da, dostunun, tanışının, lap elə tanımadığının biri səni anlayırsa, başa düşürsə, həqiqətini, ədalətini anlaşqlı qarşılayırsa, bundan gözəl nə ola bilər.Mən çəkinmədən deyərdim ki,Xatirə xanım qohum- əqrabaları, dostları, şagirdləri, qonşuları üçün belə insandır. Hər kəsin dəyər verdiyi, xətirini istədiyi, sevgi- məhəbbət göstərdiyi Xatirə Kərimova kamil, işıqlı bir ziyalıdır. Əgər belə olmasaydı onun dərs dediyi neçə- neçə məzun yüksək balla ölkənin nufuzlu universitetlərinə qəbul olunmazdı, hər zaman onu xoş xatirələrlə yad etməzdi, tez- tez baş çəkib hal- əhval bilməzdi. Onu da deyim ki, keçmiş məzunların belə diqqəti də hər müəllimə müyəssər olmur ha!

Deyir o evin, o ocağın, o yurdun halal çörəyi varsa, insanları da nurlu, işıqlı olur. Məhz Xatirə xanım Kərimova belə bir evdə, ocaqda, yurdda doğulub, boya- başa çatıb. Bu yurd tarixlərə şahidlik etmiş, hər zaman tarixi şəxsiyyətlər, alimlər yetirmiş qədim və füsunkar gözəlliyi ilə insanları heyran qoyan, Qax rayonunun İlisu yaşayış məskənidir. İlisu ən çox tarixi abidələri və işıqlı ziyalıları ilə tanınmışdır. Harda ziyalı varsa, orda gözəllik, insanlıq və inkişaf var.

İlisuda orta məktəbi yüksək qiymətlərlə bitirən Xatirə xanım sənədlərini 1 saylı Bakı Musiqi Məktəbinə verir. Dünyaca məşhur cazmen Vaqif Mustafazadənin anası Zivər xanımdan pianonun incəliklərini

öyrənir. Onu da deyim ki, Xatirə xanım bir gün də olsa sevimli pianosundan ayrılmayıb, uzaq düşməyib. Hər zaman mənəvi qidasını onun şirmayi dillərində çaldığı oynaq və lirik mahnılardan alıb.

Orta məktə dərsliklərinin ən mükəmməl müəllifi olan Yəhya Kərimovun qardaşı qızı orta musiqi təhsili ilə kifayətlənmədi. Sənədlərini Azərbaycan Dövlət Pedaqoji Univeristetinin coğrafiya fakultəsinə verdi və yüksək qiymətlərlə tələbə adına yiyələndi. İllər quş qanadlı olur deyirlər. Beş illik tələbə illəri başa çatdı. Xatirə xanım Kərimova bu illərin zəhmət sevincini ilk dəfə əlinə jurnal alıb sinifə girəndə yaşadı. O, bu şərəfli adı daşımağıyla fəxr edir. Ömürlər içində ömür yaşayır. Müəllim, ziyalı ömrü. Bu ömrü şam edib yandı və yandıqca da daha gür işıq saçmağa başladı. Bu işığın başına yığışmış pərvanələrə- şagirdlərə boy atmağı, dünyanın şirinliyini bilməyi öyrədir, onları pərvəzlandırır. Onlar da həyatda öz yerlərini tutub ucaldıqca, şan- şöhrətə çatdıqca ürəyində müqəddəs və uca müəllim peşəsinə sevgisi, məhəbbəti daha da artır. Müəllim üçün bundan böyük sevinc bəlkə də təsəvvür edilməzdir. Bu sevincə sonra bir sevinc, fərəh və qürur da qarışır. Bilirsiniz bu sevinc, fərəh, qürur nədir? Dərs dediyin şagirdə çəkdiyin zəhmətin hədər getməməsi, onun yüksək balla ali məktəbə daxil olmasıdır. Xatirə müəllim bu sevinci lap çox yaşayıb. Onun neçə- neçə şagirdi ölkənin nüfuzlu universitetlərinin tələbəsi olub. Mənə elə gəlir ki, hələ bundan sonra da Xatirə xanım belə sevinci yaşayacaq. Xatirə xanım Kərimovanın şagirdlərindən biri bir dəfə dedi ki, müəllimimi çox istəyirəm, ona görə ki, o mənə əbədiyyəti bəxş etmişdir.

Xatirə xanım Kərimova uzun illərdir ki, Xətai rayonundakı 263 saylı tam orta məktəbdə uşaqlara coğrafia fənnini tədiris edir. Ali dərəcəli müəllimdir. Onu da deyim ki, o bir müddətdə Odlar Yurdu Univeristetində coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir.

O, insan ki, həyata bağlıdır, təbiətin vurğunudur, o, adam duyğulu, auralı adamdır. Bax, beləsiylə qarşı- qarşıya gələndə, ayaqüstü də olsa bir kəlmə kəsəndə, daxilində xoş hissilər oyanır, özünü bəxtəfər sayırsan. Xatirə xanım belə xanımdır. Yuxarda saydığım keyfiyyətlərin hamsı onda var. Şəxsən mən onunla (təbii ki, ədəbii tədbirlərdə) görüşəndə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bunu təkcə özümə yox, onunla görüşən, rastlaşan hərkəsə şamil edə bilərəm. Bəlkə də onun bundan xəbəri yoxdur. Amma bu həqiqətən belədir. Onu tanıyanlardan eşitmişəm bunu. Xatirə xanımın üzündə nur, dodaqlarında heç kiminkinə bənzəməyən İlahi bir təbəssüm var. O nur, o təbəssüm bir anda sənin varlığına hopur və sənə dünyanın ağrı- acısını unutdurur.

Qısası, savadlı, məlumatlı , kamil düşüncəli adamlarla ünsüyyət qurmaq, onlarla danışmaq mənə olmazın ləzzətini verir. Adam var ki, ləziz və çeşidli yeməklər yeyəndə ləzzət alır, amma mən tamam fərqliyəm, mənəviyyatlı, işıqlı, məlumatlı, təbəssümlü, kini- küdrəti, qiybəti olmayan insanlarla görüşəndə, söhbət edəndə özümü çox rahat və çəkinmədən deyə bilərəm ki, göydə hiss edirəm, içim işıqlanır, gözüm gülür. Xatirə xanımdakı təbəssümü, nuru, işığı görəndə belə rahatlanıb, belə yaşayıram.

Görün tale necə düzüb- qoşubsa Xatirə xanım Kərimova gözəl bir gündə- müəllim günündə dünyaya gəlib. Görünür Tanrı onun alnına müəllim olacağını yazıbmış. Mən buna təsadüf deyə bilmərəm. Bu reallıqdır. Doğum günü, müəllim günü. Bu gün Xatirə xanım həmikarlarından fərqli olaraq, doğmalarından, dost- tanışdan, kollektivdən, şagirdlərindən iki təbrik alacaq. Doğum günün və peşə bayramın mübarək əziz dostum! Sənə sağlam ömür, firəvan həyat, xoş təbəssüm, xoş ovqat arzulayıram!

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam