Yenixeber.org: “Fairmont Baku”dan verilən məlumata görə, Maitili Saqar vəRohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4,5 və 6 sentyabr tarixində baş tutub.

Mərasimdə 400-dən çox hindistanlı iştirak edib. Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə xidmət göstərib.

Mərasim Hindistan adət-ənələrinə uyğun təşkil edilib.

Qeyd edilir ki, toyun “Fairmont Baku”da keçirilməsinə səbəb “Alov Qüllələri”nin beş ulduzlu olmasıdır. Hindistanlılar oda sitayiş etdikləri üçün hotelin görünüşü onlara alov dillərini xatırladır.