20 yaşındakı Kairo Duek son günlərdə lüks həyat tərzi ilə diqqət çəkir. 

Yenixeber.org: 8 ayda 7 dəfə istirahətə yollanan və dəbdəbəli məkanlardan ayrılmayan Kaironun bu pulları hardan alması hamını təəccübləndirib. 

Duek bir müddət əvvəl adını yalnız az insanın eşitdiyi adi bir model idi. Model "One Direction" qrupu ilə məşhurlaşan Liam Payne ilə eşq yaşadıqdan sonra daha çox tanınıb. 

Kairo ingilis müğənni Çeril ilə ayrıldıqdan sonra Liam ilə Como gölü yaxınlığında öpüşərkən görüntülənib. Daha sonra isə model Türkiyə, İngiltərə, İtaliya, Yunanıstan, Avstraliya, Fransa kimi yerlərdəki istirahəti ilə gündəmə gəlib. Sosial şəbəkədə də izləyici sayı artan Duek podiumlardakından daha çox şöhrət qazanıb.