Keçmiş həyat yoldaşı Robin Rayt toyunda əyləndiyi ərəfədə Şon Penn də boş dayanmayıb. 

Yenixeber.org: Aktyor artıq bir neçə gündür havay adalarında dincəlir. 

57 yaşlı Penn istirahətə 26 yaşlı sevgilisi Leyla Corcla yollanıb. Cütlük çimərlikdə günəş vannası qəbul edərkən paparassilər tərəfindən görüntülənib.

 

Penn və Leyla uzun müddətdir sevgili olsa da, münasibətlərini gizli saxlamağa üstünlük veriblər. Onlar heç vaxt jurnalistlərin bununla bağlı suallarını cavablandırmayıblar. Onların birlikdə olma xəbəri ilk dəfə 2016-cı ildə mediada yayılmışdı. 

Qeyd edək ki, Leyla aktyor Vinsent Donofrionun qızıdır.(axşam.az)