yıldız tilbe ile ilgili görsel sonucu

Türkiyə qədər Azərbaycanda da sevilən məşhur müğənni Yıldız Tilbe Bakının qonağı olacaq.

Yenixeber.org: İlk dəfə Azərbaycana səfər edəcək ifaçı oktyabrın 13-ü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Tilbe gecədə repertuarının sevilən mahnılarını səsləndirəcək.

Konsertin biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, Yıldız Tilbe son aylar məşhur müğənnilərlə ərsəyə gəytirdiyi “Yıldızlı şarkılar” albomu ilə gündəmdədir.