Daim +18 görüntüləri və qalmaqalları ilə gündəmə gələn müğənni kimi tanınan Afaq Aslan həmkarını və jurnalisti təhdid edib.

Yenixeber.org: A.Aslan şəxsi İnstagram profilində Damla və Əfruzə Ağayevaya “ağıllı olun” mesajını göndərib. Əsk təqdirdə hansısa məlumat yayaraq onları biabır edəcəyini söyləyib.

Müğənni Damla populyarlıq qazandıqdan sonra vaxtaşırı ona qarşı hücumlar olur. Belə ki, sənətçinin mahnı oxumaq tərzindən tutmuş hər addımı tənqid edilir, hətta bəzən onun haqqında təhqir kimi sözlər deyilir. Amma Damla onun haqqında danışanlara bəzi həmkarlarının dili ilə desək “təəssüf ki” səbrlə cavab verir. Eyni zamanda deyilən fikirlərə hörmətlə yanaşdığını dilə gətirir.

Bundan öncə tez-tez şeirləri ilə gülüş obyektinə çevrilən Əməkdar artist Elza Seyidcahan Damla barədə sərt çıxışı ilə gündəmə gəlmişdi. İndi isə müğənni Afaq Aslan həmkarını təhdid edib.

Ötən yazılarımızdan birində Afaq Aslan barədə geniş məqalə saytımızda dərc olundu. Onun hansı yolla məşhurlaşdığından və sənətindən bəhs etdik. Yenidən xatırladaq ki, A.Aslan ifaçı fəaliyyətindən çox, mediada çılpaq fotoları və qalmaqalları ilə gündəmə gəlib. Onun “Youtube” saytına yerləşdirilən mahnılarının baxış sayından da məlum olur ki, sənətçini müğənni kimi populyar deyil. “Google”-da “Afaq Aslan” yazıb axtarış verdikdə soyunduğunu barədə xəbərlər önə çıxır.

Bundan öncə adı çəkilən müğənnin ilə aparıcı Kamran Həsənli ilə arasında gərginlik yaşandı. Bəzi saytlar onun kriminal aləmin məşhur simalarından sayılan “Lotu Quli” ilə münasibətdə olduğunu qabardaraq onu tənqid edənlərin gözündə qorxu yaratmağa çalışdı. Lakin Afaq Aslan bu barədə danışarkən ehtiyatlı açıqlamalar verərək deyilənləri təsdiq etmədi.

Gələk yenidən müğənni Damla məsələsinə. Sənətçi özünəməxsus ifa tərzi ilə xeyli insanların sevgisini qazanıb. Sırf müğənni kimi özünə qısa zaman ərzində geniş auditoriya toplaya bilən müğənni bölgələrə səfər edərkən izdihamla qarşılanır. Damla toy məclislərində çıxış edərkən belə, insanlar onunla şəkil çəkdirməyə, videosunu çəkməyə can atır. Hə, Damlanın oxumaq tərzi, səsi daha çox yas mərasimlərində deyilən mərsiyələri xatırladır, amma bu, onun sevilmədiyi anlamını vermir.

Görünür, onun insanlar tərəfindən bu qədər sevilməsini çoxlarının, ən başda da Afaq Aslanın gözü götürmür. Bu səbəbdən Damla ifası ilə gündəmə gəlirsə, onun bəzi həmkarları müğənninin bostanına daş atmaqla diqqət çəkirlər. Lakin sənətçi onlara səbrli cavab verməyi ilə onun haqqında danışanların arzusunu ürəyində qoyur.

Ola bilsin, Afaq Aslan məşhurlaşması üçün atddığı bütün addımlar fiaskoya uğradığından çıxış yolunu hazırda ən çox sevilən müğənnisinə “ilişməklə” gündəmdə qalmaq istəyir. Amma bu, təbii ki, müvəqqəti olacaq, müğənni yenidən hansısa qalmaqal axtarıb tapmalıdır.

“Sirdaş Rövşanə” verilişində də aparıcı Rövşanə Ağasəfqızının qonağı olan Afaq Aslan psixoloq Elmir Əkbər tərəfindən tənqid edilərkən mikrofonların səsi kəsilmişdi. Müğənni nə qədər tənqid olunsa da eyni performansı ilə gündəmdə qalmağa çalışır, amma həmişəki kimi uğur qazanmaq arzusu ürəyində qalır.

Afaq Aslan Damla haqqında danışan zaman onu saxta, ikiüzlü, xalqı aldadan biri kimi təqdim edir. Son videosunda Damlanı hicabını atıb, müğənni olmaqda ittiham edib. Amma bir şeyi xatırladmaqda fayda var. Damla oxumağı ilə sevilir, soyunmağı ilə yox.(minval)

Sani