Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Özümə yaraşdırmıram”– Xalq artisti hansı verilişdən imtina etdi?

 Xalq artisti Yalçın Rzayev sənət aləmində baş verən qalmaqallardan həmişə uzaq olduğunu deyib

Yenixeber.org: İllərin sənətkarı qalmaqal edən həmkarlarının işinə qarışmadığını da bildirib:
“Nə keçmişdə, nə də indiki vaxtda heç vaxt qalmaqal etməmişəm. Ümumiyyətlə, lüğətimdə “qalmaqal” sözü olmayıb. Bunu nə sənətimə, nə də şəxsiyyətimə yaraşdırmıram. Kim edirsə, özü bilər, qarışmıram. Bu yaxınlarda Elgizin aparıcılıq etdiyi “Səhər-səhər” verilişində qonaq oldum. Qalmaqallı söhbətlər oldu, bir kəlmə də ağzımı açıb mövzuya münasibət bildirmədim. Çalışdılar nəsə deyim, münasibət bildirim, amma susdum. Elə gözümü zillədim tavana, bir də mahnımı oxudum. Ümumiyyətlə, çalışıram verilişlərə getməyim. Gedəndə də soruşuram, hansı mövzu müzakirə olunacaq, verilişdə kim iştirak edəcək və s. Sənətə dəxli olan verilişdirsə, gedirəm, dəxli yoxdursa, imtina edirəm. İndiyə qədər sənətimi, şəxsiyyətimi qorumuşam, indi durub bu yaşda, bu statusda özümü gözdən sala bilmərəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam