Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Vaxtı olanda oruc tutan MƏŞHURLARIMIZ -FOTO

 Bu gün müqəddəs Ramazan ayının altıncı gününü yaşayırıq

Yenixeber.org: u münasibətlə yerli şou nümayəndələrindən kimlərin oruc tutub, tutmadığını öyrənmək üçün sorğu keçirib.
Onlardan bir neçəsini təqdim edirik:
Xatirə İslam oruc tutduğunu bildirib:

"Orucam. Ramazan ayının ilk günündən bu belədir".
Gənc müğənni Yaşar Yusub stabil olaraq artıq 3-üncü ildir ki, fasilə vermədən oruc tutduğunu deyib:

"Mən də oruc tuturam. Artıq 3 ildir ki, stabil olaraq oruc tuturam. Amma ondan əvvəlki illər 3 gün, 5 gün, belə ...".
Xalq artisti Məleykə Əsədovanın sualımıza cavabını təqdim edirik:
"Mən bu gün oruc tutmamışam. Amma oruc tuturam. Əgər bu gün tədbirim, tamaşam yoxdursa, hə, onda tuturam. Amma evimizdə qızım, bacılarım, hammı oruc tutur".
Ceyhun Qala oruc tutmayan yerli məşhurlardandır desək, yanılmarıq. Müğənni səbəbini belə izah edib:

"Bu günlərdə tutmamışam. Amma vaxt uyğun olanda tuturam. Gecələr yatmayanda, studiyada filan olanda, alınmır. Bu Ramazan ayında oruc tutmamışam, amma bundan əvvəlkilərdə tutmuşam".
Oruc tutan şou əhlindən biri də cazibədar aparıcı Afaq Gəncəlidir:

"Bəli, ilk gündən oruc tuturam. Bundan öncəki Ramazan aylarında da oruc tutmuşam".
Aparıcı, aktrisa Könül Yusif qızı da oruc tutan məşhurlar sırasında:

"Hal-hazırda orucam. Artıq 10 ildir ki, stabil olaraq hər Ramazan ayında əvvəldən sonadək orucuma əməl edirəm". (milli)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam