Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Fidan Hacıyeva Tbilisidə konsert proqramı ilə çıxış edib -FOTO

  Azərbaycanın xalq artisti Fidan Hacıyeva mayın 11-də Tbilisidə Şota Rustaveli adına Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib

Yenixeber.org: Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Türkiyə, Braziliya, Qazaxıstan, Ukrayna, ABŞ, Belarus və digər ölkələrin səfirliklərinin və konsulluqlarının əməkdaşları, Gürcüstanın dövlət və hökumət rəsmiləri, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Longinoz Həsənov və digər rəsmi şəxslər, ictimaiyyət numayəndələri iştirak ediblər.
Səfirliyin məsul əməkdaşı Samirə Ağayeva Fidan Hacıyevanın konsertinin ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunduğunu bildirib.
Sonra xalq artisti "Sənsiz", "Sevgili canan", "Azərbaycan" və digər xalq və bəstəkar mahnılarını ifa edib. Fidan Hacıyevanı fortopianoda Səbinə Tağıyeva müşayiət edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam