Redaktor seçimi
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
Günün xəbəri

ADGTT-da “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirildi

May ayının 10-da ADGTT-da ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş "Heydər Əliyev mədəniyyətimizin hamisi" adlı tədbir keçirildi
 Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx ilə tanış oldular
Yenixeber.org: Tədbiri teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açdı. Vurğuladı ki, mədəniyyətimizin müxtəlif sahələri ilə yanaşı teatr sənəti də daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunmuş, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülmüşlər.
Tədbirdə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Xalq artisti, rejissor Vaqif Əsədov, Xalq artisti Yasin Qarayev və teatrın aktyorları çıxış edərək Ulu Öndərin teatr və bu sahədə çalışan insanlar haqqındakı fikirlərini xatırladaraq bildirdilər ki, Heydər Əliyev teatrı hər zaman müqəddəs yer adlandırırdı. Fikirlərində qeyd edirdi ki, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. İncəsənətin, o cümlədən kino və teatrın gənc nəslə təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Ulu Öndərin bu sözləri teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. Tədbirdə iştirak edənlər çıxışları zamanı diqqətə çatdırmışlar ki, 1969-cu ildən Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycan teatrının həyatında coşqunluq hiss olunmağa başlamışdır. Görkəmli sənət adamlarının yubileylərinin təntənəli şəkildə qeyd olunması, forma, məzmun və üslub etibarilə müxtəlif zəngin və rəngarəng müsabiqələrin təşkili müntəzəm xarakter almışdır.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev daim respublikamızda mədəniyyət ocaqlarının açılış mərasimində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak etmiş və səhnə arxasında aktyorlarla görüşərək onların problemləri ilə maraqlanmışdır. Ümummilli liderin teatr ocaqlarına gəlişi, teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir. Mədəniyyətin və incəsənətin inkişafı naminə teatr xadimləri daim Ümummilli liderin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və teatr sahəsində çalışanlar ulu öndərin xatirəsini, onun teatr və sənət yolunda gördüyü işləri ehtiramla yad edərək yaradıcılıqları boyu hər zaman bu məsuliyyəti hiss edirlər.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}