Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İstanbulda Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

 Türkiyənin İstanbul şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib

Yenixeber.org: Ulu öndərin 95 illik yubileyi münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev adına Parkda geniş mərasim keçirilib.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Baş Konsulluğun əməkdaşları, Sarıyer rayon bələdiyyəsinin rəsmiləri, Azərbaycanın Türkiyədə fəaliyyət göstərən şirkət və qurumlarının təmsilçiləri, İstanbulda təhsil alan tələbələr, elm adamları, ziyalılar iştirak ediblər. Ümumilli liderin abidəsinin önünə qızılgül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra park ərazisində yerləşən Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün abidəsi də ziyarət olunub. Abidənin önünə çiçək dəstələri qoyulub. Anım mərasiminə türk dünyasının tanınmış siyasətçiləri, təşkilatçıları, şirkətləri əklil göndəriblər.
Qeyd edək ki, Sarıyer rayonu ərazisində hər il ənənəvi olaraq təşkil olunan “Ədəbiyyat gün”ləri festivalı bu dəfə Heydər Əliyevin 95-ci ildönümünə həsr olunub. Mayın 11-dən 15-dək Heydər Əliyevdən bəhs edən, türk dilinə çevrilmiş kitablar onun adını daşıyan parkda açılan kitab sərgisində nümayiş etdiriləcək.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam