Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda daha bir qlobal forum keçiriləcək

Bakıda daha bir qlobal forum keçiriləcək

 

 

Bu gün Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumunun keçirilməsi ilə bağlı memorandum imzalanıb

 

Yenixeber.org: İmzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa Avrasiya Hərəkatının prezidenti Devid Evangelista, Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. O, bu gün yeni tarix yazacqlarını söyləyib: "Qürurla 24 - 28 sentyabr 2018-ci il tarixində Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin qlobal Forumunun keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümaynəndəsi bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək".

D.Evangelsita çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyib: "İlk növbədə prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini və bütün dünyada məktəb divarları arasında, eləcə də xaricində inklyuzivliyi təşviq etmək üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq".

Daha sonra A.Rəhimov və D.Evangelista arasında memorandum imzalanıb.

Qeyd edək ki, beş gün ərzində baş tutacaq forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrin başlanmasında yeni era olacaq.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən olan vahid partnyorları var.

1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançısı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam