Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Heydər Əliyev Mərkəzində "Xocalı 613" adlı klassik musiqi gecəsi keçiriləcək

Heydər Əliyev Mərkəzində "Xocalı 613" adlı klassik musiqi gecəsi keçiriləcək

 

 

Fevralın 26-da Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı 613" adlı klassik musiqi gecəsi keçiriləcək

 

Yenixeber.org: Fevralın 26-da Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Xocalı 613" adlı klassik musiqi gecəsi keçiriləcək.

Milli.Az xəbər verir ki, Mərkəzdən  verilən məlumata görə, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" simfonik poeması təqdim olunacaq.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Qeyd edək ki, P.Tiloyun "Xocalı 613" simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub.

Əsər qərb klassik musiqisi və "Laçın", "Sarı gəlin" mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. "Xocalı 613" simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.

Əsərin premyerası 21 fevral 2013-cü ildə Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub.

Heydər Əliyev Mərkəzindəki konsert proqramında, həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Qara Qarayevin "Matəm odası", "Don Kixot" simfonik qravürlərindən "Səyahət" fraqmenti, amerikalı bəstəkar Samuel Barberin "Adajio" əsərləri səslənəcək.Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun "Xocalı 613" simfonik poeması təqdim olunacaq.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Qeyd edək ki, P.Tiloyun "Xocalı 613" simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub.

Əsər qərb klassik musiqisi və "Laçın", "Sarı gəlin" mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. "Xocalı 613" simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.

Əsərin premyerası 21 fevral 2013-cü ildə Parisdə keçirilib. Daha sonra London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin və Oslo şəhərlərində təqdim olunub.

Heydər Əliyev Mərkəzindəki konsert proqramında, həmçinin görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Qara Qarayevin "Matəm odası", "Don Kixot" simfonik qravürlərindən "Səyahət" fraqmenti, amerikalı bəstəkar Samuel Barberin "Adajio" əsərləri səslənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam