Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

 

 

Aprelin 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin 80 illik yubiley gecəsi keçiriləcək

 

Yenixeber.org: Yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan Arif Babayevin və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək. Gecədə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş "Şur", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mirzə Hüseyn segahı", "Zabul segah", "Segah" muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam