Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı

Gənc oğlan qız paltarı geyinib gözəllik müsabiqəsinə qatıldı

 

 

Qazaxıstanın Almaatı şəhərinin sakini İlay Dəqilev qız paltarı geyinərək, qadın gözəllik müsabiqəsinin finalına çatıb

 

Yenixeber.org: Bu barədə Sputnik Kazakhstan məlumat yayıb.

Qeyd olunur ki, 22 yaşlı gənc Miss Virtual Kazakhstan müsabiqəsində iştirak etmək qərarına gəlib və Arina Əliyeva adlı obraz yaradaraq, şəkillərini göndərib.

Finala çatdıqda isə Dəqilev hər şeyi etiraf edib və kişi olduğunu bildirib.

“Mən finala çatdım və hər şeyin çox uzağa getdiyini anladıqda, Arina Əliyeva obrazının yalançı olduğunu etiraf etmək qərarına gəldim. Müsabiqənin əvvəlində bütün Qazaxıstandan dörd minə yaxın ərizə gəlsə də, yekunda mən finala keçmişdim”, - deyə, o, bildirib.

Bu etirafdan sonra gənc müsabiqədən kənarlaşdırılıb və onu başqa iştirakçı ilə əvəz ediblər.

Dəqilevin sözlərinə görə, o, “təbii qadın gözəlliyi və xarizmasının” təbliği üçün bu addımı atıb.

Gəncin fikrinzə, bu gün bir çox qızlar eyni tipdədirlər, eyni şəkildə bəzənir, geyinir və hesab edirlər ki, trendlərə uyğun gəldikdə, gözəldirlər.

“Mən belə hesab etmirəm”, - deyə, o, bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam