Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərgi açılacaq///Milli İncəsənət Muzeyində

 

 

Milli İncəsənət Muzeyində fevralın 5-də Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətləri olmuş dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan "Qürur və Düha. Yaşayan Əfsanə" adlı sərgi açılacaq

 

Yenixeber.org: Muzeyin Mətbuat xidmətindən verilən məlumata görə, sərgidə bəstəkarın yaradıcılığına ithaf olunan 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunacaq. 

“Bəstəkar ürəkli rəssam” Mikayıl Abdullayevin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr etdiyi tablolar, ölkənin təsviri sənətinin görkəmli qadın rəssamlarından biri olan Elmira Şahtaxtinskayanın bəstəkar Qara Qarayevin obrazına həsr etdiyi portret-plakatı, görkəmli heykəltəraş Cəlal Qaryağdının bəstəkarın şərəfınə yaratdığı mərmərdən büstü və dünyaca məşhur klassik əsərlərə çəkilmiş illustrasiyalar bu qəbildəndir.

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun Ev Muzeyinin kolleksiyalarından və  Azərbaycan Xalça Muzeyindən əsərlər təqdim olunacaq.

Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri 20-ci əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub. “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün, həmçinin yüzlərlə müxtəlif janrlarda yazılmış dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirib.

Sərgi saat 17:00-da açılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam