Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Düşünürdüm ailə quracam və nağıllardakı kimi olacaq”– Türkiyəyə gəlin köçən aktrisa – VİDEO

 

 

ARB Ulduz-un “Virtual Həyat” proqramının novbəti müsahibi aktrisa Cəmilə Tağızadə olub

 

Yenixeber.org: Cəmilə, öz aramızdı, gəlin köçəndən sonra geyimlərin də dəyişib. Deyəsən, həyat yoldaşın qapalı paltarlar geyinməyini istəyir?

“Görürsüz ki, geyimlərin tam olaraq dəyişib. Düzdür, mən onsuz da açıq-saçıq geyinmirdim. Amma daha bu qədər qapalı da geyinmirdim axı. Həyat yoldaşım sağ olsun, məni necə qapatdırdısa. Mən də elə düşünürdüm ki, ailə həyatı quracam və nağıllardakı kimi olacaq. Amma tam nağıllardakı kimi olmur da. İndi özünüz bilirsiz ki, əliniz bala batmır. Əgər istəyirsən ki, ailə həyatın xoşbəxt davam etsin, o zaman ərlə arvadın sözü bir-birinin boğazından keçməlidir”.

Cəmilə, bir ara həyat yoldaşının keçmiş xanımı sizdən şikayətçi olmuşdu və Türkiyədə hər gün sizə problem yaradırdı. Deyəsən, ara biraz sakitləşib?

“O, bizi məhkəməyə verir, biz onu məhkəməyə veririk. O, bizdən şikayət edir, biz ondan şikayət edirik. Ailə həyatımız bax bu cür davam edir. O bizim həyatımıza “rəng qatır da”. Teatrdır da, bizim üçün konsert verir.

Təsəvvür edin ki, mən özümüm sosial şəbəkə hesabımda foto paylaşıram, həmin qadın məndən şikayətçi olur. Sən demə, mən onu narahat edirəmmiş. Adama deyərlər ki, sənin mənim sosial şəbəkə hesablarımda nə işin var? Özü də mən səni blok etmişəmsə.

Mən gülə-gülə danışıram. Ancaq vaxt varıydı ki, mən ağlayırdım, əziyyət çəkirdim. Həyat yoldaşma, onların ailəsinə göstərməməyə çalışırdım. Onların yanında gülürdüm. Ancaq özüm tənha otağa çəkilib ağlayırdım. Deyirdim ki, bu nə iş idi, mənim başıma gəldi?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam