Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı başladı– FOTO

Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı başladı

 

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-da Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalına start verilib. Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilir

Yenixeber.org:  2018-ci il yanvarın 3-dək hər gün saat 13:00–dan 18:00–dək uşaqları cizgi filmlərinin qəhrəmanları gözləyəcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov AZƏRTAC-a müsahibəsində bildirib ki, festivalın keçirilməsində məqsəd bayram günlərində uşaqların nağıllar aləminə səyahətini təşkil etməkdir. Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edəcək, Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçirəcəklər. Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları Yeni il nağılına aparacaq. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd edəcək. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək.

“Qış nağılı” adlı əyləncəli şənliyin ilk günündə Bakı Dənizkənarı Milli Parkında 100-dən çox uşaq, onların valideynləri və şəhərimizin qonaqları toplaşıb. Nağıl qəhrəmanları uşaqları salamladıqdan sonra uşaq kollektivlərinin çıxışları başlanıb. Balacalar səhnədə Azərbaycan və xarici ölkələrin rəqs nömrələrini, maraqlı səhnəcikləri izləyiblər, viktorinalarda iştirak ediblər. Bayram tədbiri hər kəsdə xoş ovqat yaradıb. Giriş sərbəstdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam