Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Boşanan azərbaycanlı müğənnilər- FOTO + SİYAHI

Boşanan azərbaycanlı müğənnilər

 

Şou-biznes əhlinin ailə həyatı qurması və boşanması cəmiyyətimizdə böyük maraqla qarşılanan hadisələrdəndir

 

Yenixeber.org: Şou-biznes adamları ilə ailə həyatı yaşamaq sıravi insanlar üçün çox çətindir. Belə ki, şou adamlarının iş rejimi onların normal ailəyə sahib olmamasına gətirib çıxarır. Təsadüfi deyil ki, təkcə indi yox, ötən əsrdə də müğənnilərimizin ailə bağları çox möhkəm olmayıb. Bu, təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində belədir. 

İndi isə boşanan xanım müğənnilərimizin siyahısını təqdim edirik:

Xalq artisti Aygün Kazımova İlqar adlı bəylə ailəli olub. Onlar uzun illər öncə ayrılıblar. Bu evlilikdən Kazımovanın bir qızı var. İfaçı ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olub. Bundan başqa, Kazımovanın keçmiş energetika naziri Natiq Əliyevin oğlu ilə də sevgi macərası yaşanıb. Xalq artisti özü bunu efirdə dilə gətirib. 

Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da, ailəsi dağılıb. 2 oğlu var.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Məleykə Əsədova bir dəfə ailə qurub, boşanıb. Bir qızı var. Boşandıqdan sonra aktrisa-müğənni mediaya açıqlama da vermişdi: "Ailə qurduğum şəxs bizneslə məşğul idi. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atmışdım".

Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.

Azərbaycanın "Eurovison-2011"-in qalibi Nigar Camal kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə. Müğənni bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb.

Nura Suri şou-biznesdə ən çox ərə gedən məşhurlardandır. 3 dəfə ailə qurub. 3 oğlu var. Nura səmimi şəkildə evliliyini etiraf edən məşhurlardandır. 

Mətanət İsgəndərli övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı lisenziyasına xitam verilmiş “ANS” kanalının "Günə baxan" verilişinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.

Firuzə İbadova ailə qursa da, ailəsi dağılıb. Eyni hal qızı Hülyanın başına da gəlib.

Əməkdar artist Lalə Məmmədova da boşanıb. 

Almaz Ələsgərlinin ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub.

Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də subaydır.

Lisenziysı ləğv edilmiş “ANS” telekanalının keçmiş aparıcısı Ülvira Qarayeva 2 dəfə rəsmi nikaha girib. İlk evliliyindən 1 qızı var. İkinci evliliyi isə aparıcılıq etdiyi "Toy olsun" verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə olub. Onunla da boşanıb.

Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.

Səidə Dadaşova sosial şəbəkə vasitəsilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir.

Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.

Təranə Qumral  Musa Musayev: Hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onunla boşanıb, Təranə Qumralla ailə qurub. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.

Xatun 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 oğlu var.

Aynur Dadaşova 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 övladı var. İkinci dəfə ailə həyatı qurmasa da, birgə yaşadığı şəxs var.

Rəqsanə İsmayılova isə Goranboy rayonuna gəlin köçüb. Aysun adlı qızı dünyaya gəlib, sonradan boşanıb. 

Lətifə Soyuöz də boşanan müğənnilərdəndir. O, boşandıqdan sonra yenidən şou aləminə qayıdıb. 

"Eurovision" təmsilçimiz Dilarə Kazımova da həyat yoldaşından ayrılıb. 


 
Müğənni Şəbnəm Tovuzlu da boşanan məşhurlardandır. Onun ilk evliliyindən 1 övladı var. 

Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir.


 
Bu gün isə müğənni Natavan Həbibinin də reper həyat yoldaşı Dadodan ayrıldığı xəbəri yayılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam