Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Emin Sabitoğlunun 80 illik yubileyi qeyd edilib

Emin Sabitoğlunun 80 illik yubileyi qeyd edilib

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirib

 

Yenixeber.org: İdarədən verilən məlumata görə, tədbirdə Xalq artisti Fidan Hacıyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, musiqişünas Şəfaqət Məmmədova və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Mədəniyyət Sarayının direktoru Leyla Ramazanlı çıxış edərək bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığından bəhs edib.

Sonra bəstəkarın musiqilərindən hazırlanmış video çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində xalq artisti Fidan Hacıyeva və onun rəhbərlik etdiyi “Karmen” qrupu, əməkdar artist Zaur Əmiraslanov, tanınmış müğənnilər Rahidə Baxışova, Rasim Mustafazadə, Mirəli Cavadov, Elşən Osmanov bəstəkarın mahnılarını ifa ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam