Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Həkim Aygün Kazımovaya qadağa qoydu- FOTO

Həkim Aygün Kazımovaya qadağa qoydu

 

Xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards - 2017”  beynəlxalq mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Buna səbəb müğənninin keçirdiyi estetik əməliyyatlardır

 

Yenixeber.org: Plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkarın səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət  uzaq məsafələrə gedə bilməyəcəyini söyləyib.

“Aygün xanımın iki həftə əvvəl  keçirdiyi  müxtəlif bədən  şəkilləndirilməsi əməliyyatlarından sonra özünü  əla hiss edir. Buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.  Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqləri etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub.

Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən “Daf Bama Music Awards”da iştirak edib və “Azərbaycanın ən yaxşı qadın sənətkarı” mükafatına layiq görülüb. Bu il də adıçəkilən beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycandan məhz Aygün Kazımova namizəd göstərilmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam