Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir– FOTO

Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında mərhum Xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 

Yenixeber.org: İdarədən bildirilib ki, yubiley gecəsində Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tamaşaçılar Sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib.

Çıxışçılar R.Həsənoğlu, M.Bədirzadə və T.Səlimov sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, onun imza atdığı rollar yaddaşlarda hər zaman yaşayıb və yaşayacaqdır. Tədbir zamanı sənətkarın rol aldığı filmlərdən fraqmentlər də nümayiş olunub.

Aktyorun oğlu Elbrus Zeynalov çıxış edərək, atası haqqında öz xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam