Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Hər toy üçün müəllifə qonorar ödənməlidir –MƏBLƏĞ

Hər toy üçün müəllifə qonorar ödənməlidir –

 

 

 Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorarın necə veriləcəyini açıqlanıb 

 

 

Yeni xeber.org Müəllif Hüquqları Agentliyi (MHA) APA-nın sorğusuna cavab olaraq bildirib ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyən dəyişikliklər edilib.

Qərarda bir sıra məsələlər, o cümlədən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən klublarda, kafelərdə, restoranlarda, o cümlədən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarının ödəyicilər və hansı qaydada ödənilməsi ilə bağlı məsələlər həllini tapıb.

"Lakin bəzi KİV-də bu qərarla bağlı düzgün olmayan şərhlər verilir, hətta səhv informasiyalar yayılır, bəzi hallarda isə qonorarın guya ifaçılar tərəfindən ödənilməli olduğu barədə yanlış fikirlər söylənilir", - MHA-dan bildirilib.

MHA nəzərə çatdırıb ki, qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə (istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri istisna olmaqla) bir hesabat ayı üçün Bakı, Sumqayıt və 

Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odəniləcək: “Bu qonorar kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. 

Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qeyd olunan qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır. Kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin repertuarını da təqdim etməlidirlər. 

Məsələn, tutaq ki, Bakıda yerləşən bir restoranda bir ayda 60 mahnıdan ibarət repertuar bərabər sayda istifadə olunub. Qeyd olunan qonorar məbləği (60 manat) həmin restoranın mülkiyyətçisi tərəfindən kollektiv idarəetmə təşkilatının hesabına köçürülür və eyni zamanda istifadə olunan əsərlərin siyahısı təqdim olunur. Kollektiv idarəetmə təşkilatı restoranın mülkiyyətçisi tərəfindən köçürülmüş qonorar məbləğini xidmət haqqı çıxılandan sonra təqdim edilmiş siyahı (repertuara daxil olan mahnılar) əsasında həmin mahnıların müəllifləri arasında bərabər qaydada bölməli və aidiyyəti üzrə çatdırmalıdır. Əgər mahnı mətn və musiqidən ibarətdirsə, bir mahnının istifadəsinə görə hesablanan qonorar onların şərik müəllifləri arasında bərabər qaydada bölünür".

MHA nəzərə çatdırır ki, şəhər və rayonlarımızda bu cür obyektlərin sayının kifayət qədər olduğunu nəzərə alsaq, yekun nəticədə müəlliflərimiz kifayət qədər böyük məbləğdə qonorar ala bilərlər.

MHA-dan “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklər”də toy mərasimlərində musiqili əsərlərin istifadəsi ilə bağlı məsələnin də həllini tapdığı bildirilib: “Qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün deyil, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Bu halda da müəllif qonorarının müəlliflər arasında bölgü prinsipi mətnli, yaxud mətnsiz musiqili əsərlərin klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə səsləndirilməsində olduğu kimi olacaq”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam