Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakılıları möhtəşəm konsert gözləyir

Bakılıları möhtəşəm konsert gözləyir

 

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək. Tədbirin təşkilatçısı “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasıdır. Tədbir Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr olunacaq

 

Yenixeber.org: Bu gün Trend İnformasiya Agentliyində konsertlə bağlı mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı “Full House Entertainment”in direktoru Dia Soun Xe vurğulayıb ki, bu konsert iki ölkənin mədəni həyatında mühüm hadisə olacaq, onlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Diqqətə çatdırılıb ki, konsertdə Xalq Artisti Faiq Ağayev və digər tanınmış azərbaycanlı müğənnilər də çıxış edəcəklər. Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın hind motivlərindən ilhamlanaraq yaratdığı yeni kolleksiyanın dəfiləsi isə tədbirin kulminasiyası olacaq.

Tanınmış modelyer Fəxriyyə Xələfova bildirib ki, gecədə təqdim olunacaq geyimlər parlaq rənglərlə, bəzəklərlə, müxtəlif parçalarla Azərbaycan qadınının milli geyimlərinin özünəməxsus fəlsəfəsini əks etdirəcək. “Biz hamımız uşaq vaxtlarından hind filmlərinə baxmışıq və hind mədəniyyətini, adət və ənənələrini çox sevirik. Düşünürəm ki, bu möhtəşəm tədbir tamaşaçıların yaddaşında dərin iz qoyacaq”, - deyə F.Xələfova qeyd edib.

Sonra bayramın qonağı, Hindistan estradasının ulduzu Alişa Çinaya həsr edilən videoçarx nümayiş etdirilib. Onu “Hindistanın Madonnası”, “Hindistan pop-musiqisinin kraliçası” adlandırırlar. Müğənni konsertdə “Made in India”, “Zoobie Zooby”, “Mujhe Log Bole”, “Raja Hindustani” hitlərini, “Disko rəqqası”, “Oyna, oyna”, “Cənab Hindistan” filmlərindən mahnılar ifa edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam