Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakıda Alim Qasımov haqqında kitabın təqdimatı olub

 

 

 

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Alim Qasımova həsr olunan "Muğamın meracı" kitabının təqdimatı olub.

 

Yenixeber.org: Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Alim Qasımovun yaradıcılığından danışıb, onu böyük sənətkar kimi dəyərləndirib:

 

"Alim Qasımov Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir. Onun ifaçılıq tərzi, üslubu muğam sənətimizdə yeni sözdür. Mənə Alim Qasımovun xaricdəki konsertlərində iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova yeni uğurlar, yeni zirvələr arzu edirəm".

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşri başa çatdırılan “Muğamın meracı” adlı kitabının müəllifi Lətifəxanım Əliyevadır. Kitabda Alim Qasımov haqqında tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb.

 

Tədbirdə qeyd edilib ki, kitabda 13 müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

Tədbir bədii hissə ilə davam edib. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam