Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Həyatdan zövq almağın yolları


 

Yenixeber.org:  Həyatımızdakı insanlara qısaca nəzər salaq, onların ortaq xüsusiyyətlərindən biri də həyatlarından zövq almamaları, bir çox şeydən şikayət etmələridir. İnsanlar birlikdə söhbət edərkən, adətən, mövzuları narazılıqlardan ibarət olur. “Niyə uşaqlar məni incitdi, iş yoldaşlarım mənimlə pis davrandı, bu gün hava niyə küləklidir, özümü yaxşı hiss etmirəm, niyə başqasının var, mənim yoxdur” kimi söhbətləri tez-tez eşidirik. Bu cür insanların dilindən xoş söz eşitmək, demək olar ki, mümkün deyil. Hətta yaşadıqları hadisələr qalsın bir kənara, gələcəkdə yaşamadıqları hadisələrin belə sıxıntısını çəkir, beləliklə, xoşbəxt ola bilmirlər. Bəzən insanların həyatlarında hər şey yolunda getsə belə, səbəbini bilmədikləri sıxıntı yaşayırlar, qəlbləri rahatlıq tapmır. Əslində, bu insanları sıxan nə problemləri, nə iş yerləri, nə uşaqları, nə də maddi çətinlikləridir...

Həyatdan zövq almağın yolu həyata fərqli gözlə baxmaq – Allahın bizim üçün yaratdığı gözəllikləri görmək və onlardan zövq almaqdır. Gözümüzü hara çevirsək, hər yer nemətlərlə doludur: göy üzünün gözəlliyindən tutmuş quşlar, heyvanlar, bir-birindən fərqli güllər, həm qoxusu, həm dadı fərqli meyvələr, gözəl mənzərələr və s. Saydığım bu detallardan bircəsi belə dərin düşündükdə insanı xoşbəxt etmək üçün kifayətdir. Bəzi insanlar isə ətrafında o qədər nemətlər olmasına baxmayaraq, bunların heç birindən xəbərdar deyil, bu gözəllikləri görüb sevinc və həyəcan duymurlar. Həyata elə yanaşırlar ki, sanki hər şey belə də olmalıdır ... İnsanlar niyə bu qədər gözəlliklərin içində sıxıntı, narahatlıq, yorğunluq, bezginlik, həsəd kimi mənfi hislər yaşasın?

Gözəl bir insan, gözəl bir mənzərə, gözəl süfrə belə insanın ruhuna böyük zövq verir. İnsan gərək ətrafındakı nemətləri görə biləcək əxlaqa sahib olsun, bu nemətləri təqdir edə bilsin. Sahib olduğunuz nemətləri düşünün, bir də sizə “problem” kimi görünən hadisələri. Ola bilsin ki, yağışlı havanı sevməyə bilərsiniz. Ancaq o yağışın hikmətlərini düşünsəniz, inanıram ki, yağışdan da, yağışın hər damlasından və yağışlı mənzərədən də çox böyük zövq alarsınız və buna görə Allaha şükür edərsiniz. Məsələn, yağış haqqında qısa məlumat verim:  yağış suyunun qaynağı buxarlanmadır və buxarlanmanın 97%-i "duzlu" okeanlardan olur. Halbuki yağış suyu şirindir. Yağışın şirin olmasının səbəbi Allahın başqa bir möcüzəsidir. Su istər duzlu dənizlərdən, istər minerallı göllərdən, ya da palçıqlardan buxarlansın, tərkibində heç bir kənar maddə olmur. "Biz, göydən tərtəmiz su endirdik..." (Furqan surəsi, 48) ayəsində bildirildiyi kimi, yağış duru və tərtəmiz şəkildə yerə enir. Abdulla Şaiq bir əsərində yağışın yaratdığı gözəl mənzərəni belə təsəvir edir. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır.”

Bəzi insanlar düşünürlər ki, dünyadan maksimum dərəcə faydalanaraq, öz istəklərinə və nəfislərinə uyğun olaraq gözəl həyat yaşaya bilərlər. Halbuki dünyanı da, bizi də, ətrafımızda gördüyümüz hər detalı da Allah yaradıb. İnsan Allahın verdiyi nemətləri görmədən, Ona təşəkkür etmədən, Allah üçün yaşamadan əsla həyatdan zövq ala bilməz, əsil xoşbəxtliyi yaşaya bilməz, çünki qəlblər Allahı anmaqla rahatlıq tapır. İnsan həyatdan zövq almaq üçün bütün nemətlərin lütf olaraq Allahdan gəldiyini bilməli və bunlara görə şükür etməlidir. Bu gözəl əxlaqla yaşayan insan ətrafında daim Rəbbimizdən gələn gözəlliklərin, nemətlərin və xeyirlərin olduğunu hər an hiss edəcək.

 

Nəzakət Bədirova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam