Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Teatrda kuryoz hadisə – Əməkdar artist tamaşaçıya əsəbiləşdi

teatr-artistAzərbaycanda məşhur teatrda maraqlı hadisə baş verib.

Xeberinfo.com:   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Maraqlı fiqur və ya siçan qadın” adlı tamaşada gözlənilməz anlar yaşanıb.

Belə ki, tamaşanın gedişi zaman baş rol ifaçısı, əməkdar artist Vidadi Həsənov gözlənilmədən səhnəyə enərək tamaşaçılardan birinə yaxınlaşıb, ondan telefonu söndürməsini tələb edib.

Məlum olub ki, tamaşa başlayan zaman izləyicilərdən biri telefonla danışıb.

Aktyor V. Həsənov tamaşanı yarıda kəsərək “Kimdir o?”- deyib. Aktyorun reaksiyası isə zalda birmənalı qarşılanmayıb. Sözügedən tamaşada baş verənlər bununla bitməyib.

Əməkdar artist növbəti dəfə tamaşanı kəsərək səhnədən aşağı enib. Buna səbəb isə digər tamaşaçının telefonla oynaması olub. Aktyor həmin tamaşaçıya “Ayıb deyil? Telefonla oynama, ayıbdır” – deyərək irad tutub.

Hətta, onlar arasında kiçik mübahisə də yaranıb.

Teatrşünas Məryəm Əlizadə bildirib ki, teatrda bu cür halların baş verməsi normaldır:

“Dünyanın hər bir yerində belə reaksiyalarla rastlaşmaq olar. Əgər o anda situasiya bunu tələb edirsə, belə addım atmaq normal bir şeydir. Mənim yadımdadır, universitet tələbəsi idik. Tətildə tamaşaya getmişdik. İsmayıl Dağıstanlı səhnədə “Lenin” obrazını canlandırmışdı.

Zalda məktəblilər səs-küy yaradırdı. Aktyor məcburiyyətdən dayanıb zalı sakitləşdirdi. Daha sonra İsmayıl müəllim tamaşanı oynamağa başladı. Görünür ki, tamaşaçılar etika qaydalarını pozub. Burada heç bir xəta axtarmamalıyıq. Aktyorun yaradıcılıq prosesinə mane olmamalıyıq. Düzdü, aktyor da bir az səbirli olmalı idi”. (qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam