Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Mətanət Əsədova keçmiş "Nida"çını həbs etdirdi

Mətanət Əsədova keçmiş

 

 

Müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş “Nida”çı, hazırda YAP üzvü olan Elsevər Mürsəllinin həbsinə nail olub. 
Xeberinfo.com:  Musavat.com-un məlumatına görə, müğənninin vəkili Ceyhun Yusifov deyib ki, ilyarım əvvəl Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Buna görə müğənni Mətanət Əsədova Elsevər Mürsəlli barəsində Xaçmaz rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. 
Bundan sonra E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci ( təhqir) maddəsi ilə cinayət işi başlanıb. Rayon məhkəməsi E.Mürsəllinin müğənnini təhqir etməsini təsdiqləyərək, onu 6 ay şərti cəzaya məhkum etmişdi. 
Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. 
Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli məhkəmə zalında həbs olunub. Vəkil C.Yusifov verilmiş qərarın əmələ adekvat olduğunu açıqlayıb. 
Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik ifadələr işlətmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam