Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Avrovision” musiqi yarışmasına münasibətim

“Avrovision” musiqi yarışmasına münasibətim

 

 

Xeberinfo.com:  Açıq-aşkardır ki, qərb müxtəlif yollarla respublikamızın iqtisadi-siyasi həyatına soxulmağa çalışır. Bu yollardan biri də “Avrovision” musiqi yarışmasıdır. Bəli, qərb elm və məhsuldar istehsal texnologiyasında irəlidədir. Ancaq onun əxlaqı (mental) əxlaqsızlıq və mənəviyyatı (mentalitet) mənəviyyatsızlıqdır. Qərbin əxlaqı, mənəviyyatı Yer kürəsində dünya hökuməti yaradıb özlərini damazlıq material kimi hifz edərək dünya əhalisinin 85.7 %-ni müharibələr, qəsdən törətdikləri xəstəliklər vasitəsilə məhv etmək, fahişəxana, sadomazoxizm və qumarxana mərkəzləri yaratmaqdır. Qərblilərin bir rəzillikləri də odur ki, milləti soymaq üçün törətdikləri xəstəliklərə qarşı tezcə “vaksin” də kəşf edirlər. Həmin kəşf də bəzən özünü doğrultmur.

Təbiətdə üç növ canlı-insan, heyvan və bitgi varlığı ömür sürür. Həmin varlıqların artıb çoxalması əks cinslilərin bir-biriylə intim münasibətləri vasitəsilə həyata keçir. Qərbdə isə eyni cinslilərin də intim münasibətlərinə önəm verilir. Bu  hərəkət isə insanların artıb çoxalmasına kökündən zərbədir. Hal-hazırda insan artımı qərb ölkələrində azaldığı halda, müsəlman və qeyri müsəlman şərq ölkələrində artmaq üzrədir.

Bir qrup daxili və xarici qüvvələrin  şəxsi maraqları xatirinə “Avrovision” musiqi yarışmasının bu il respublikada keçirilməsinə şərait yaradıldı. Yarınanlar özünü müxalif kimi göstərməyə çalışaraq bəzi mətbuat və onun müxbirləri qərbin əxlaqını tərifə başladı. Mən həmin tərifin sahibinə öz etirazımı bildirib, bir qoşma da yazdım. Onlar bu şeiri təhqir kimi anlayaraq mənim özümü təhqir edib, hələ bir üstəlik internet vasitəsilə “ağıl” dərsi də kecdilər. Bakının küçələrində demək olar ki, çimərlik formasında gəzmək, səhnədə pərdəyə bürünüb güngörməzlərini və döşlərini tamaşaçılara göstərmək nə vaxtdan bəri mədəniyyətin meyarı olub? Qərbdə, məhz Rusyanın özündə gənclər vəsait sobrazimini təşkil edərək məclis düzəldib, axşam isə“papaq atdı” vasitəsilə işiqları söndürüb kim kimin əlinə keçdi əməliyyatını həyata keçirirlər. Qərbin mədəniyyəti budur. Artıq kapitalizm ictimai quruluşu özü çürüdüyü kimi onun mədəniyyəti də çürümüşdür. Bu formada təbliğ etdiyi “görüntü” ilə xalqların başını aldatmağa-insanları vəhşi kimi qızıxdırıb bir-birinin belinə mindirməklə yaşamağa çalışır.

Mən ateistəm və heç bir dinə də inanmıram. Ancaq Məhəmməd peğəmbərə böhtan atan, Müqəddəs Kitabı yandıranlara heç bir inamım yoxdur. Mədəniyyət də, elm də şərqdə olub. Ulu Babalarımız “Erməninin yaxşısı yoxdur, bu erməni o birisindən yaxşıdır”, “Ermənini qapında gör”,”İtlə dost olanın ağacı əlində olar” demişlər. Erməniləri müdafiə edən bu kimilərlə Yer kürəsində birgə yaşadığımız üçün dostluq şəraitində də yaşamalıyıq. Onların yaşadığı ərazilərdə yeraltı sərvətlər tükəndiyindən bizlərə möhtacdırlar. Onlar da öz növbəsində bizimlə birgə yaşayış qaydalarına əməl etməlidirlər. Ancaq öz əxlaqlarını, mənəviyyatlarını bizə zorla sırımaq hərəkətlərinə yol verilməyəcəkdir. Bax bunu onlara anlatmaq isə bizim vəzifə borcumuzdur.  

 

Respublikanı dünyada geniş miqyasda “tanıtmaq” xatirinə musiqi yarışmasını respublikada həyata keçirib onu boğazdan yuxarı tərifləməklə yanaşı onun mənfi cəhətlərini də açıb göstərmək lazımdır. İşsizliyin, mənzilsizliyin, təqaüdlərin yaşayış xərclərinin minimumunu ödəmədiyi, iqtisadi və hərbi potensialı güclü olan dövlətlərin dəstəklədiyi erməni faşistləri tərəfindən torpaqlarımızın işğal olunduğu bir vaxtda bu musiqi yarışmasının respublikada keçirilməsi çoxmu vacib idi? Erməniləri müdafiə edən qərb və onun “Avrovision”u mənim tərəfdən qəbul edilmir.

 

                                  AVROVİSİON

 

Ümidsiz dolaşdım küçəbəküçə,

Anladım hiylədir Avrovision.

Kibritsiz alışdım şahiddir küçə,

Züy tutur,  təqliddir bizdə “vision”.

 

Bayrağın yanında bayraq görürdük,

Aypara ulduzlu qırmızı bayraq.

Güclünün yanında sınmaq görürük,

Siysi mənalı təslimçi bayraq.

 

Musiqi yarışı kəşf edilibdir,

Erkəyi, dişisi öz işindədir.

İngilis kələyi-yer seçilibdir,

Vahid dil təbliği-söz işindədir.

 

“Dovşana qaç deyib, tazıya tut-tut”,

Həyasız insanda saysız dil olar.

Harına  bac verib, qan içən put-put,

Məzhəbsiz varlıqda yalan dil olar.

 

Nəzarət sükanı iblis gözüdür,

Dünyaya ağalıq cəhdinə düşüb.

Yarımlüt görüntü seksin özüdür,

Qafqazda sevişmək eşqinə düşüb.

 

Seksual məşğulluq hopub canına,

Geyliyə öyrəşib azadlıq gəzir.

Erkəyin dişilik girib qanına,

Səhnəyə bitişib müştəri gəzir.

 

Biletin qiyməti təqaüd qədər,

Varlığa nə darlıq bəylər alırlar.

Zəhmətin sahibi ölənə qədər,

Qadağa, möhtaclıq, dərdlər alırlar.

 

Kimisi hürüyür, şıllağı sevır,

Baxanlar əl çalır, dəstək verirlər.

Birisi iylədir, biri iyləyir,

Oxşarlar qışqırır,  təbrik  edirlər.

 

Tar, kaman ustadın əllərindədir,

Oyuncaq olmamış qəlb içindədir.

Anlayan “Segah”ın xiffətindədir,

Bəhramsız çalmamış, xalq izindədir.

 

Əmanət döndü ki, qəpik-quruşa,

“Vision” ölkədə milyonlar udsun.

İxtiyar verildi çolaq suçluya,

Xəyanət məqamda sarılar vursun.

 

İnsanlar evsizdir çöldə qalıblar,

Binalar bom-boşdur, kələk hüdudsuz.

İnsanlar işsizdir darda qalıblar,

“Vision” moddadır, məsrəf uçotsuz.

 

“Tanınmaq” dərd olub baş bilənlərə,

Şöhrəti qazansın bildiyi kimi.

Şərait yaranıb cib güdənlərə,

Büdcəni xərcləsin öz malı kimi.

 

Qaragöz izləyir maliyyəsini,

“Vision” nə qədər xeyir verəcək.

Yaşılgöz düşünür siyasətini,

“Vision” nə qədər dərin gedəcək.

 

Ədalət yoxdursa insan selində,
Etibar, sədaqət, inam olarmı?

Bəsirət olmasa insan genində,

Cəmiyyət, fauna, flora yaşarmı?

 

Hələlik aşkarda görünən budur,

Bilinmir sonradan nələr gələcək.

Köləlik min donda, sırıyan qurddur,

 

Söylənmir haradan kimlər gələcək.

 

Avrovision”a tərif yazan (müxalif qəzetinin əməkdaşı 26 may 2012-ci il) Səidə (ad şərtidir) bəyimə           MƏKTUB                   

Səidə bəyim! 1946-cı ildən (həmin il birinci sinifdə şagird idim) bəri bir sıra hadisələr mənim yaddaşımdadır. Sizin bu yazınız məndə heç də yaxşı təəssüratlar oyatmadı. Məqalənizdə ancaq durğu işarələri və qrammatika yerindədir. Kifayətedici və lazımlı məntiq isə yoxdur. Bir cəhəti Sizə xatırlatmaq istəyirəm ki, istər ruslar, istərsə də qərblilər olsun bunların hamısı bizim qanımızı içən olublar və bu gün də belədir. Siz mənim kimisi ilə müqayisədə çox körpə olduğunuzdan anlamırsınız ki, “Tanınmaq” kimi başa düşdüyünüz “vision” əvvəlcədən bizim üçün qurulmuş tələnin başlanğıcıdır.  Bu”vision”un ardınca nələr gələcək onu da başa düşmürsünüz. Hal-hazırda Yer kürəsində ruslarla qərblilər arasında təkallahlıq uğuruda güclü mübarizə gedir. Bundan başqa 70-ci illərdə  Vyetnam respublikasından  və İrandan ABŞ-ı biabırcasına qovub çıxardan ruslar olublar. Şübhə etmirəm ki, ABŞ bunun heyfini ruslardan çıxacaqdır. İndi Rusiya çalışır ki, keçmiş ittifaqı bərpa etsin. Qərb dövlətləri də istəyırlər ki, müxtəlif yollarla Cənubi Qafqazda və Kiçik Orta Asiya respublikalarında kök atsınlar. Qoy bu mübarizənin törədəcəyi fitnə-fəsadlar özlərinin başlarında çatlasın və təki bizim canımızdan əl çəksinlər.

Sizin kimi körpələr də “tanınmağ”ın quyruğundan yapışıb məqalənizlə qəhrəmanlıq etməyə çalışır və bizim yuxarı dairə ilə yanaşı Siz də bu hadisənı böyük hay- küylə təbliğ edirsiniz. Daha doğrusu burada “xərcləndi, sonra nə qədər vəsait əldə olunacağ”ı barədə düşünürlər. Neftdən “qazandığımız” kimi. Şah İsmayıl Xətaidən bizə 69 min kv. km. ərazi qalıb. Şəxsən mənim tərəfimdən nə erməni xislətli qərblilər, nə onların “vision”u, nə də  bu “görüntü”yə inananlar qəbul edilmir.

 

Azərli bəyim

 

Məhəmməd kişiyə böhtan atanlar,

Nə verər möminə, Səidə bəyim?

İnsanın ömrünə balta çalanlar,

Dərd satar millətə, Səidə bəyim.

 

Yaramaz əməllə ömür sürənlər,

“Vision” dərdinə milyard tökənlər,

Şan-şöhrət naminə büdcə sökənlər,

Zülm edər millətə, Səidə bəyim.

 

Təqaüd fondundan bəhrə görənlər,

“Vision” xərcindən sərfə güdənlər,

Zərərli təbliğdən zəhlə tökənlər,

Vəd verər millətə, Səidə bəyim.

 

Zəhmətsiz yaşayıb müftə yeyənlər,

Zalıma sığınıb kölgə sevənlər,

Zoruna söykənib əmrə mütilər,

Öl deyər millətə, Səidə bəyim.

 

Güclüyə yapışib  ad  qazananlar,

Kəbinsiz yaşayıb bic qazananlar,

Ona tərif yazıb  san  qazananlar,

Rəng verər millətə, Səidə bəyim.

 

 

Tarixən söykənən ağ ayısına,

Ömürlük bağlanan sem dayısına,

Örkəni sarınan fars dığasına,

Şər atar erməni, millətə bəyim.

 

 

Əzablı keçmişi  çözsəydin  əgər,

Tərifli dönəmi  duysaydın əgər,

On ili- qabağı   görsəydin  əgər,

Anlardın nə lazım, millətə bəyim.

 

Parasız sürünüb  pensiya saysan,

Məşğulsuz düşünüb ağaya baxsan,

Mənzilsiz yaşayıb  oduna yansan,

Bilərdin nə lazım, millətə bəyim.

 

Xətai yurdunu parçalayanlar,

Məmmədi Vətəndən qaçqın salanlar,

Silahla  bəşəri qırıb çatanlar,

Dərd verər millətə, Səidə bə

 

Hörmətlə: Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam