Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağı

MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağı

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ölkədə fəailiyyət göstərən kabel televiziyalarına “Kanal D” telekanalının yayımının dayandırılması haqqında göstəriş verib.
Xeberinfo.com:  Bu barədə Musavat.com-a “Nar CityNet” şirkətindən bildiriblər. 
Qeyd edək ki, Azərbaycan tamaşaçıları arasında populyar olan “Kanal D” telekanalının yayımını əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı. “MTN işi” ilə bağlı həbs olunan  BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan “CityNet” provayderi isə “Kanal D”nin yayımını davam etdirirdi. Bir müddət əvvəl satılıb. “CityNet” “Nar” mobil operatoruna satıldıqdan və “Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Baszar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən “Kanal D”nin yayımı dayandırılıb. 
Musavat.com-un əməkdaşı “Nar CityNet”lə əlaqə saxlayıb və bunun səbəbini öyrənməyə salışıb. Şirkətdən bildirilib ki, MTRŞ “Kanal D”nin yayımına icazə vermir: “Biz sona qədər “Kanal D”ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki, MTRŞ bunu bizdən tələb edir”. 
 
Qeyd edək ki, “Kanal D” telekanalı “Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam