Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür

 

 

27 mart  Beynəlxalq Teatr Günüdür.
 
Xeberinfo.com:   Məlumata görə, Beynəlxalq Teatr Gününün qeyd olunması ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.
 
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto olub.  Builki müraciət sovet və Rusiya teatr rejissoru, “Dram sənəti məktəbi”nin təsisçisi, Rusiyanın əməkdar incəsənət xadimi Anatoli Vasilyev tərəfindən ünvanlanıb. Müraciətdə “Teatr lazımdırmı?”, “Teatr bizə nəyə görə lazımdır?”, “Teatr bizim üçün nədir?”, “Teatr nə deyə bilər?” sualları qoyulub və onlara müvafiq sahənin mühümlüyünü bir daha təsdiqləyən cavablar verilib.
 
Qeyd edək ki, Azərbaycan peşəkar teatrının yaranması da mart ayına təsadüf edir.
 
Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə hazırlanması ilə qoyulub. Ölkə prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam