Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub - FOTOLAR


 

Bu gün Həştərxan şəhərində yerləşən 11N-li Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən şagirdlərə və ən yaxşı müəllimlərə artıq beşinci ildir ki, ənənəyə çevrilmiş mükafatların təntənəli təqdim olunması mərasimi keçirilib.

 

Xeberinfo.com:  Tədbirdə “Həştərxan Şəhər” administrasiyasının rəhbəri Oleq Polumordvinov, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, “Həştərxan Şəhər”-in təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, ÜAK Həştərxan bölməsinin sədri, Ədalət Hüseynov, Azərbaycan diasporasının nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

D.Afanasyev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında qarşılıqlı əməkdaşlıq davam edir, gələcəkdə bir çox sosial-iqtisadi layihələrin icrası nəzərdə tutulub.

O.Polumordvinov isə vurğulamışdır ki, Heydər Əliyev adına məktəb Rusiya və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına istiqamətlənmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir.

İnessa Qorina Ədalət Hüseynova Həştərxan şəhərinin təhsil sisteminin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnamə təqdim etmişdir.

Ədalət Hüseynov Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, məktəbin direktoru Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka qiymətli hədiyyələr, ÜAK-in təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim etmişdir.

 

Tədbirin sonunda məktəbin “Kazaçok” ansamblı tədbir iştirakçılarını təbrik etmiş və «Широка страна моя родная!» mahnısını ifa etmişdir. 

 

 










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam