Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Əli və Nino” filmi ABŞ-da nümayiş etdiriləcək

Üzümüzə gələn çərşənbə günü, yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək.

Xeberinfo.com:   Məlumata görə, nümayiş 3 gün ərzində - yanvarın 27-i, 28-i və 31-də olacaq.

Qeyd edək ki, film 2015-ci ildə yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib.

"Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılmışdı və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

"Sundance" beynəlxalq film festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. Festival yanvarın 21-də başlayıb və 31-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam