Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Günəbaxan tumları ilə bağlı “gigiyenik-epidemioloji cavab”

 

“Altum”, “Əla tum”, “Mister tum”, “Şirinlər”, “Tıq-tıq xanım”, “Bizim  ailə”, “Çiko”, Patron”, “Beloçka”: inanaq, inanmayaq?

 21 gündə bu sayda müəssisələrdə yoxlamaların yekunlaşması şübhələr doğurur

“Xeberinfo.com”: Günəbaxan tumları ilə bağlı araşdırmalarımız davam edir. Bu istiqamətdə  növbəti sorğumuzu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyova ünvanlamışdıq. 16. 01.2015-cil tarixli sorğumuza 21 gündən sonra-05. 02. 2015-ci il tarixdə- cavab aldıq. Cənab Əlibəyovun imzası ilə aldığımız 04-22/2-414 saylı cavab məktubunda bəzi detallar oxucularımız üçün də maraqlı olacaq. 10-a yaxın müəssisədə 21 gündə yoxlamanı yekunlaşdırmaq isə xüsusi ilə maraqlı görünür. Maraqlı olan həm də odur ki, Gigiyena və Epidemiologiya Mərkəzi bu sayda müəssisənin heç birində ciddi pozuntu aşkarlaya bilməyib(?) “ŞƏRQ-QƏRB” ASC-yə məxsus “Şirin tum” istehsalı müəssisəsində isə ümumiyyətlə yoxlama keçirilməyib. Səbəb isə həmən gün müəssisənin fəaliyyət göstərməməsi olub(?) Nə isə, ... Cavabı olduğu kimi siz də oxuyun.               

                                                   ***

 “Respublikanın  ticarət  şəbəkələrində  “Patron”, “Beloçka”, “Mister  tum”, “Şirin  tum”, “Bizim  ailə”, “Çiko”  və s. adı  altında  satışda  olan  qovrulmuş  günəbaxan  tumlarının  əhalinin  sağlamlığına  mənfi  təsiri  barədə  Respublika  Gigiyena  və  Epidemiologiya  Mərkəzinə  ünvanladığınız  01/015  nömrəli  16.01.2015-ci  il  tarixli  məktubla  əlaqədar qeyd  olunan  məhsulların  qablaşdırılması  sexlərində  müvafiq  sanitariya  müayinələri  aparılmışdır.

           Müayinələr zamanı qablaşdırılmış hazır tum məhsullarından nümunələr götürülərək, təhlükəsizlik göstəricilərinə görə labaratoriya müayinələrinə cəlb olunmuşdur. Orqanoleptik, fiziki-kimyəvi və toksikoloji müayinələrin nəticələrinə görə nümunələrdə insan orqanizminə zərərli təsirə malik göstərici, həmçinin günəbaxan tumları qablaşdırılmış paketlərin içərisində kimyəvi hədiyyələr aşkar edilməmişdir.

 Eyni zamanda “Çiko”, “Patron”, “Bizim  ailə”, “Tıq-tıq  xanım” günəbaxan tumları qablaşdırma sexlərində keçirilmiş sanitariya müayinəsi zamanı sanitariya sahəsində nöqsanlar aşkar edilmiş və nəticədə həmin sexlərin sahibkarları inzibati qaydada cərimə edilmişlər.

           “ŞƏRQ-QƏRB” ASC-yə məxsus “Şirin tum” istehsalı müəssisəsi yoxlama təyin olunduğu gün fəaliyyət göstərmədiyi səbəbindən həmin müəssisədə müayinə keçirilməmişdir”.

 

 

Azər          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam