Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DÜNYANIN GƏLƏCƏYİNİ MÜƏYYƏNLƏŞDİRƏCƏK 45 GÜN: ABŞ-ın "dərin dövlət"i ölkələri yenidən nizama salır -ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 18 aprel 2020-ci il

 

Yenixeber.org: Tarix bizə göstərir ki, hər bir dövrün özünün aparıcı gücləri olmuşdur. Bəzən qızıla, bəzən dəniz yollarına, bəzən pula, bəzən çoxsaylı əhaliyə, bəzən də silaha sahib olan güclər nəzarəti əlində saxlamışdır.

ABŞ tarix səhnəsinə effektli çıxışı ilə birlikdə, ingilislərin ailələr vasitəsilə qurduğu nəzarət sisteminə qarşı dollar vasitəsilə hakimiyyət qurmaq yolunu seçdi. Yaponiyadan sonra Çini böyütdülər. Hər kəsə lazım bildikləri rolu verdilər. Şərq – istehsal, Qərb – istehlak etdi. Bir də Şərqin haqq etdiyini vermədi. Qərb öz borclarını, təbii, həm də rifahını Yaponiya və Çin kimi ixracat artıqlığı olan ölkələrin cibindən ödəyirdi.

Koronavirus infeksiyasının yayılması ilə birlikdə, yeni tezliyə keçildi. İndi hər kəs “Stop!” etmiş durumdadır. Neftin qiyməti 18 dollaradək düşüb, danışan, “Hara gedirik?” sualını verən yoxdur.

“Dərin Amerika”nı ən yaxşı bilən jurnalistlərdən biri Devid Rode çox önəmli bir kitab yazıb. Kitabın adı “Dərinlərdə: FTB, MKİ və Amerikanın “dərin dövləti” haqqındakı həqiqət”dir (“In Deep: The FBI, the CIA, and the Truth about America’s “Deep State””).

Kitabda Trampın gücünü böyütmək üçün onun “dərin dövlət”ə qarşı savaş açdığı anladılır. Kitabda aydın şəkildə “dərin dövlət”in, əslində, Trampı istəmədiyi də yazılır.

Xatırlayırsınızsa, Tramp 2018-ci ilin sentyabr ayında bir açıqlama vermişdi. Açıqlamanın səbəbi New York Times”-da çıxan yazı idi. New York Times Ağ Evdə bir qrupun ABŞ-ın demokratik qurumlarını qorumaq üçün Trampla savaşdığını açıqlayırdı. Tramp da bu xəbərlə əlaqədar “Artıq təhlükə düz yanımızdadır. Anladım ki, naməlum “dərin dövlət” agentləri yazıblar, “New York Times”-dan istifadə ediblər” deyirdi.

Bu hadisədən 2 il öncə də Tramp belə meydan oxumuşdu: “Onun kim olduğunu kimsə bilmir. Seçicilərə gizli gündəliklərini qəbul etdirməyə çalışan naməlum “dərin dövlət” agentləri demokratiyanın özü üçün, həqiqətən, bir təhdiddir”.

New York Times” vəzifəsi demokratiyanı qorumaq olan gücün Ağ Evdə olduğunu elan edirdi. Yazını yazan da Trampın ən yaxınlığındakı şəxslər idi. Tramp buna rəğmən, “Onun kim olduğunu kimsə bilmir” deyir və davam edirdi: “Milli təhlükəsizlik qəzetin məqaləni yazan Ağ Ev əməkdaşının adını açıqlamasını tələb edir”.

“Tramp administrasiyasının içindəki dirənişin bir parçasıyam” adlı məqalənin gizli müəllifi, “Problemin təməlində prezidentin əxlaqsızlığı yatır. Tramp gedənədək demokratik qurumları qorumaq üçün bir çox Ağ Ev əməkdaşı çalışır” deyərək, məsələni xüsusi vurğulamışdı. Gizli müəllif “Ağ Evdə iki prezidentlik var. Tramp nə deyirsə-desin, biz bildiyimizi edirik” qeydini də etmişdi.

Xatırlayırsınızsa, koronavirus yayılmadan öncə, ən qarışıq dövlət ABŞ idi. Trampın Rusiya ilə anlaşaraq seçkinin nəticələrinə müdaxilə etməsi və ardınca gələn impiçment prosesi daima manşetlərdə idi. “Dərin dövlət”lə Tramp tez-tez qarşı-qarşıya gəlirdi. “Dərin Amerika”da hələ də güclü olan bir cərəyan var ki, Trampı çox istəmir. Tramp Türkiyə, Rusiya, Fransa məsələləriylə bağlı bu cərəyanla qarşı-qarşıya gəldi. “Dərin Amerika” bu üç ölkə ilə olan problemlərə görə Mayk Pensi dövrəyə soxdu. Pens Ankaraya qədər gəldi.

Əgər xatırlayırsınızsa, Trampın impiçmenti prosesinin arxasında katolik Nensi Pelosi və mormon Mitt Romni dururdu. Yəni, Trampı yola gətirmək üçün hamı intensiv çalışırdı, əməkdaşlıq ortada idi.

Tramp yaşanan gərginliklərdən sonra böyük ölçüdə “dərin dövlət”in yanına keçdi. Ancaq ona qulaq asmayan bir güc var. Rusiya və Türkiyə mövzuları buna ən gözəl nümunədir. Neft təklifiylə bağlı dəfələrlə anlaşma əldə edilməsinə rəğmən, xam neftin 1 barrelinin qiyməti 20 dolların altındadır. Rusiya iflasa doğru sürüklənir.

Koronavirus epidemiyasından sonra bizi xarüqələr dolu bir dünya gözləmir. Yenə gərginliklə dolu, yüksək təzyiqli günlər qapımıza dayanacaq. Tramp da bilir ki, noyabr ayındakı seçkilərdə işi çox çətin olacaq. İşsizliyin sürətlə artması, bazara çıxarılan dolların təsirsiz qalması Trampı düşündürürHər gün baş verən minlərlə ölüm hadisəsi Trampın kabusuna çevrilib

ABŞ-da baş verənlər 5 qitədə də hiss edilir. Bu səbəblə, bütün sinir uclarını yaxından izləmək önəmlidir. Qarşıdakı 45 gün dünyanın gələcəyini müəyyən edəcək. Çünki koronavirus yeni dünya üçün hazırlanıbdır.

Əmin olun ki, koronavirusla bağlı həqiqəti bir çox adam bilməkdədir. Əsl məqsəd ABŞ-la Çin arasındakı ritmi dəyişdirməkdir.

Qloballaşma və informasiya texnologiyası əməkdaşlıq çağı açmalı idi. Bunun əvəzinə, rəqabət gəldi. Yeni dünyada idarəçilik gücü dağıdıcı güc qədər önəmli idi. Texnoloji inkişaf dövlətlərin təbiətini də dəyişdirdi. Problem də elə burada başladı. Çin ona verilən rolu qəbul etmirdi. Çin dövləti başqa dövlətlərin təbiətini, yəni, sistemdəki rolunu və Vaşinqtona yönəlik xarici vektorunu dəyişdirirdi. Çinin şəbəkələri hərbi, iqtisadi və informasiya sahələrinə də nəzarət etməyə imkan verirdi. Bunu nəticəsində Çin onu böyüdən Vaşinqtonu da hörümçək toru kimi sarmağa başladı. Belə ki, Çin iqtisadi baxımdan və pandemiyaya görə ABŞ-ı sıxışdırırdı.

Buna “Amazon” prizmasından baxaraq, düşünün. “Amazon” ən yaxşı məhsula və ya istehsala deyil, dominant bir platformaya sahib olduğu üçün amerikan ticarətinin sahibidir. Hər hansı bir məhsul və ya xidmət satıcısının malları nə qədər cazibədar və keyfiyyətli olursa-olsun, ənənəvi gücü nə qədər böyük olursa-olsun, o, “Amazon”dan keçməli və “Amazon”un qaydalarına görə oynamalıdır. Bu gün ABŞ-da satılan 100 kitabın 65-i “Amazon”dan göndərilir. Çin də dünyanın və təbii, ABŞ-ın “Amazon”u olmalı idi. Hesab belə idi. Savaşın məqsədi də bu idi. Çinin arxasında duran ailələri nəzərə alarsaq, koronavirusun nə üçün ortaya çıxdığını anlamaqda çətinlik çəkmərik.

Bill Klinton dövründə ABŞ Baş qərargah rəisi dünyanın illərlə ABŞ-SSRİ balansı ilə hərəkət etdiyini söyləmiş və “Məsələn, bunu Bill Klinton bilməz” demişdi. Trampın da nəyi nə qədər bildiyini bilmirəm. Ancaq uzun müddət kürəkəni vasitəsilə Rotşildlərlə balans yaratmağa çalışdı. Pompeo ilə Pens isə çox aktivdir.

Detallara çox girmək istəmirəm, amma “dərin Amerika” ilə başı dərdə girən hara varsa, – İrandan İngiltərəyə, İtaliyadan Fransaya qədər, – o yerdə koronavirus təsirlidir. Və koronavirus çəkilərkən, çox sayda siyasətçini də özü ilə bərabər götürəcəkdir. Tramp qalarmı? Çox adam artıq seçkini uduzduğunu düşünür. Bunda həqiqət payı vardır. Ancaq “dərin dövlət”in dediklərinə razı olaraq böyük addımlar atarsa, məncə, yenə də şansı var.

ABŞ “Çin spiralı”ndan və borclarından xilas olmalıdır. Əsas hədəfi budur. Baxaq, görək, nələr olacaq…

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam