Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Avropada pandemiya “sakitləşir” – Liderlər nikbin bəyanatlar səsləndirir

 

 

 İspaniya hökuməti bildirib ki, ölkə koronavirus epidemiyasının ən ağır mərhələsini keçməkdədir. Aprelin 9-da İspaniya parlamenti ölkədə fövqəladə vəziyyətin müddətini daha 15 gün, aprelin 26-dəkuzatmaq barədə qərar qəbul edib.

Yenixeber.org: Baş nazir Pedro Sánçez millət vəkillərinə deyib ki, yanğın nəzarət altına gəlir və onun ölkəsi virus üzərində tam qələbəçalacaq. İspaniyada Avropa üzrə koronavirusa yoluxanların rekord sayı qeydə alınıb. Aprelin 9-na olan məlumata görə bu ölkədə indiyədək 152,446 nəfər COVID-19 virusuna yoluxub. Bunlardan 15,238 nəfəri vəfat edib.

                                               Ölümlər azalır

Son 24 saat ərizindəİspaniyada 683 ölüm qeydə alınıb. Bu aprelin 8-də qeydə alınmış 757 ölümdən bir qədər azdır. İspaniya koronavirusa yoluxmalara görə yalnız hazırda 400 min yoluxma qeydə alınmış BirləşmişŞtatlardan geridə qalır.

İspaniya pandemiya ilə bağlı bütün Avropada ən sərt məhdudiyyətlər tətbiq etmişölkələrdən biridir. Lakin baş nazir bu sərt tədbirlərin bəhrə verdiyini söyləyib. Beləliklə Sánçez vəziyyətin stabilləşməyə doğru getdiyini dilə gətirən növbəti Avropa lideri olub.

 

 

                                                   Tədrici çıxış

Hazırda bir sıra Avropa ölkələri məhdudiyyət və karantinlərin tədricən necə yumşaldılacağı barədə düşünür. Avropa Komissiyası üzv ölkələrin karantin tədbirlərindən çıxmasını əlaqələndimək üçün yol xəritəsinin hazırlanmasına çalışır. Lakin Avropa ölkələri artıq karantin qaydalarının tədricən yumşaldılması məsələsini müzakirə edirlər.

Xristian dünyasında əziz bayramlardan biri olan Pasxa ərəfəsində ölkə liderləri daha nikbin bəyanatlar verirlər. Avstriya vəÇex Respublikasında gələn həftə kiçik dükanların açılması nəzərdə tutulur.

Danimarkada məktəb və bağçalar aprelin 15-də, Norveçdə isə aprelin 20-də açılmalıdır.

                                     Əgər alimlər icazə versələr

Almaniyanın səhiyyə   Spahn aprelin 9-da deyib ki, indiki müsbət meyllər davam edərsə, Pasxadan sonra normal həyata tədricən qayıdılmasına başlana bilər.

İsveçrədə gündəlik ölüm hallarının sayı bir həftədir ki, azalır. Belçikada isə aprelin 9-da ilk dəfə olaraq ölüm hallarının sayı azalıb. Bütün dünya üzrə ən yüksək ölüm rəqəmlərinin qeydə alındığıİtaliya da məhdudiyyətlərin azaldılması barədə düşünür.

Amma baş nazir Cüzeppe Konte xəbərdarlıq edib ki, bu məsələdəçox ehtiyatlı olmaq lazımdır: "Biz əvvəlcə fəaliyyətini bərpa edəcək sektorları müəyyən etməliyik. Əgər alimlər razılıq versələr, biz bu ayın sonunadək bəzi tədbirləri yumşalda bilərik”.

                                          Pasxa narahatlığı

Avropada narahatlıq qarşıdan gələn Pasxa həftəsonundandır. Adətən həmin günlərdə adamlar yaxınlarını görmək üçün yola çıxırlar. Buna görə də bir sıra ölkələr vətəndaşlarını Pasxada heç yerə getməməyəçağırıblar.

Avstriya kansleri deyib ki, gözəl havalar hələ qonaqlıqların keçirilməsi üçün şərt deyil. O bildirib ki, vəziyyət qorxulu və aldadıcı olaraq qalır və virus hələlik məğlub edilməyib. Portuqaliya isə Pasxa günlərində adamların evlərindən çıxmasına qəti qadağan qoyub. Bununla belə Portuqaliyanın baş naziri də nəsə müsbət bir xəbər çatdırmaq istəyib.

António Kosta güman etdiyini bildirib ki, məktəblər mayın 4-də açıla bilər. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam