Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Tramp neft idxalına rüsum qoyacağı ilə hədələyir –Rusiya və Səudiyyə daha pis vəziyyətə düşə bilər

 

 ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya və Səudiyyə Ərəbistanı xam neft hasilatını azaltmaq üzrə razılaşma əldə edə bilməsələr, o, neft idxalına mütləq tarif qoyacaq.

Yenixeber.org: “Əgər razılaşmasalar, bunu edəcəyəm. Çox əsaslı tariflər qoyulacaq. Bunu mütləq edəcəyəm”, – Tramp aprelin 5-də mətbuat konfransında deyib. O, dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-ın neft sənayesini qorumaq istədiyini sözlərinə əlavə edib.

Qərb mətbuatının yazdığına görə, Səudiyyə Ərəbistanı və Rusiya Birləşmiş Ştatlara ən böyük neft ixracatçıları sırasında olduqlarından bu tariflər onlara da ziyan vura bilər.

Koronavirus pandemiyasına görə neftə qlobal tələbat günə 20 milyon barelədək, yaxud 20 faiz azalıb, neftin qiyməti son 20 ildə ən aşağı həddə düşüb. Neftin kəskin ucuzlaşması ABŞ-ın bahalı neft hasilatçılarını müflisləşdirə, bu sənayeyə bağlı minlərlə iş yerini aradan çıxara bilər. Rəsmilər və təhlilçilər belə deyir.

Ötən ay Səudiyyə və Rusiya hasilatı azaltmaqla bağlı razılığa gələ bilməyiblər. Tramp indi dünyanın ikinci və üçüncü neft hasilatçısı arasında belə sazişə vasitəçilik etməyə çalışır.

Ər-Riyad martın 7-də elan edib ki, neft hasilatını 20 faizədək artıracaq, günə 12 milyon bareldən yuxarı qaldıracaq. Bundan öncə Moskva gündəlik hasilatı 1,5 milyon barel azaltmaq təklifini rədd eləyib. Bu təklifi Səudiyyə Ərəbistanı və Moskvanın rəhbərlik elədiyi, 23 neft hasilatçısını birləşdirən OPEC+ alyansı irəli sürüb.

Rusiya və Səudiyyənin qiymət savaşı neft bazarına təzyiqi gücləndirib. Dünyanın bir sıra ölkələri karantin qaydaları tətbiq etdiyindən qlobal tələbat onsuz da görünməmiş həddə azalıb.

Tramp iki ölkə liderləri ilə telefon söhbətlərindən sonra, aprelin 2-də tvitində yazıb ki, bu ölkələr hasilatı günə azı 10 milyon barel azalda bilərlər. Təhlilçilərin fikrincə, Tramp iki ölkəni deyil, OPEC+ alyansını nəzərdə tutub.

Bu tvitdən sonra Səudiyyə aprelin 6-na OPEC+ üzvlərinin fövqəladə iclasını təyin edib. Amma Moskva və ər-Riyad qiymət savaşına kimin səbəb olmasına dair qarşılıqlı ittihamlar səsləndirəndən sonra iclas aprelin 9-na keçirilib.

Rusiya deyib ki, Birləşmiş Ştatların da daxil olduğu qlobal saziş çərçivəsində gündəlik hasilatı 1 milyon barel azaltmağa hazırdır.

Rusiya və Səudiyyə Ərəbistanında neft sənayeləri əsasən dövlətə məxsusdur. ABŞ-da sənaye isə özəl şirkətlərdən ibarətdir və Vaşinqtonun hasilata təsir göstərmək gücü böyük deyil.

İstənilən halda, Birləşmiş Ştatlarda anbarlar sürətlə dolmaqdadır. Hasilatın 40 faizini verən Texasda aprelin 14-də hasilatın mümkün azaldılması ilə bağlı dinləmə keçiriləcək. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam