Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

Koronavirusa qarşı mübarizədə uğurlu Almaniya, uğursuz ABŞ təcrübəsi –Qərb mətbuatı bu barədə nələr yazır?

 

 

 Hazırda Almaniya və Birləşmiş Ştatların koronavirusla fərqli mübarizəsi qərb mediasında da ən çox müzakirə olunan mövzudur.

Yenixeber.org: Almaniyada 92 mindən çox insan yoluxsa da, ölü sayı qonşu ölkələrlə müqayisədə aşağıdır. İndiyədək 1295 nəfər virusdan dünyasını dəyişib ki, bu da cəmi yoluxanların 1,4 faizi deməkdir. İtaliyada bu göstərici 12, İspaniya, Fransa və Britaniyada 10, Çində 4, BirləşmişŞtatlarda 2,5, Cənubi Koreyada isə 1,7 faizdir.

             “The New York Times” qəzetində Katrin Bennhold bunun səbəbini araşdırır.

Bonn Universitet Xəstəxanasının Virusologiya İnstitutunun direktoru Hendrik Streeck BirləşmişŞtatlar və başqa yerlərdəki həmkarlarından zənglər aldığını deyir.

“Alman anomaliyası haqda danışırlar. Məndən soruşurlar ki, nəyi fərqli edirsiz? Niyə sizdəölənlərin sayı belə aşağıdır? – o bildirib.

Heydelberq Universiteti Xəstəxanasının virusologiya üzrə rəhbəri professor Hans-Georg Kräussliç isə deyir ki, ilk yoluxanlar Avstriya vəİtaliyanın xizək kurortlarında virus tapmışdılar, nisbətən gənc və sağlam şəxslər idi. Sonradan infeksiya daha yaşlılar arasında yayılsa da, Almaniyada xəstələrin ortalama yaşı 49-dur. Fransada bu 62,5, İtaliyada 62-dir.

Almaniyada nisbətən az adamın virusdan ölməsinin bir səbəbi də daha çox adamın testdən keçirilməsidir. Yəni xeyli adam xəstəliyi simptomsuz, yaxud az simptomla keçirir, yoluxma sayı artır, di gəl, ölən az olur.

“Bu da avtomatik olaraq kağız üzərində ölü sayını azaldır, – Professor Kräussliç söyləyir.

Epidemioloqlar və virusoloqlar Almaniyada tibbi faktorların da ölü sayına təsir göstərdiyini bildirirlər. Belə ki, intensiv terapiya çarpayılarıçoxdur, hökumətə inanaraq onun fiziki təcrid qaydalarına da əsasən əməl edirlər.

Hələ yanvarın ortasında, almaniyalıların çoxu virus haqda düşünməyəndə Berlindəki Çarité xəstəxanası test hazırlayaraq formulunu onlayn yerləşdirmişdi. Fevralda Almaniyada ilk Covid-19 yoluxması aşkarlananda ölkə laboratoriyalarında xeyli test komplekti yığılmışdı.

“Hazırda Almaniyada belə az ölü sayının qeydə alınmasının səbəbi odur ki, həddən artıq laboratoriya diaqnozu aparırıq,– Çarité xəstəxanasının baş virusoloquDr. Kristian Drosten deyib. Hazırda Almaniyada həftəyə 350 min koronovirus testi həyata keçirilir ki, bu, Avropanın istənilən ölkəsindən çoxdur.

                                     İndi də gələk ABŞ nümunəsinə

Yanvarın əvvəlində Çindəki yeni koronovirusun qlobal epidemiyaya səbəb olacağıyla bağlı həyəcan təbili çalınırdı. “The Associated Press” agentliyi yazır ki, Tramp administrasiyası iki ayı boş-boşuna keçirdi, halbuki tibbi ləvazimat, avadanlıq yığa bilərdi.

Agentlik federal alış kontraktlarını gözdən keçirərək belə bir qənaətə gəlib ki, federal agentliklər yalnız martın ortasından N95 respirator maskaları, mexaniki süni nəfəs aparatları, tibb işçilərinə gərəkən digər avadanlıq sifariş etməyə başlayıblar.

Bu arada bir sıra ştatlarda xəstəxanalar minlərlə xəstəni adekvat avadanlıq olmadan müalicə edir, hökumətdən ləvazimat istəyirdilər. Artıq böhran üçüncü aya keçib, ciddi müalicə tələb edən xəstələrin sayı artır, ehtiyatlar isə tükənir. Bəzi yerli rəsmilər sınmış aparatlar, on ildən qalma qurumuş maskalar aldıqlarını deyirlər.

“İki ayı boşuna xərclədik, – Obama administrasiyası dövründə səhiyyə və insan xidmətləri katibi işləmiş Kathlin Sebelius deyib.

Agentlik federal rəsmilərin tibbi ləvazimat sifarişi üçün niyə bu qədər gözləməsinin səbəbini rəsmi orqanlardan öyrənə bilməyib. AP-nin müxbiri bazar günü Prezident Donald Trampa bu haqda sual verəndə o, jurnalistin sözünü ağzında qoyub.

“Fövqəladə hallar üzrə federal agentlik, ordunun elədiyi möcüzədir. Onlar bütün bu şeylərin alınmasında qeyri-adi davranıblar. Onlarıştatlar üçün elədikləri inanılmazdır, – deyən prezident bununla da brifinqi bitirib.

Ekspertlərsə bu fikirlə razı deyillər. Agentlik yazır ki, COVID-19-a federal səviyyədə qüsurlu reaksiyadan sonra, ştat qubernatorları indi federal agentliklər və bir-birinin bəhsinə qiymətləri qaldırdıqlarını deyirlər.

“İndi bir şirkət sizə zəng edib deyəcək ki, Kaliforniya sizdən daha yüksək qiymət qoyur. Sanki eBay-dəştat bir süni nəfəs aparatı almağçalışır, – Nyu York ştatının qubernatoru Andrey M. Kuomo ötən həftə deyib.(“Azadliq.org”)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}