Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda koronavirus karantini:mobil operatorlar və internet provayderlər güzəştlər təklif edirmi?

 Azərbaycanda koronavirus infeksiyasının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağan edildikdən sonra bu sualı verənlərin sayı artıb: evdə vaxtı necə keçirməli?

Yenixeber.org: İnternetdə və sosial şəbəkələrdə bir-birinə evdə oxunası kitab, izlənəsi film, veriliş və ya proqram məsləhət görənlərin, bu haqda çağırış (challange) başladanların sayı hər gün artır.

Sosial şəbəkə istifadəçilərindən bəziləri ölkədə fəaliyyət göstərən mobil operator və kabel televiziyalarına xüsusi karantin günləri ərzində istifadəçilərinə pulsuz yayım və internet hədiyyə etməsini təklif edirlər.

"Evdə qal, evdə qal deyirsiniz. Bir aylıq pulsuz internet verin, evdə qalım. Yoxsa necə qalım, evdə nə edim?", - bir sosial şəbəkə istifadəçisi yazır.

Digər bir istifadəçi isə mobil operatorun sosial media hesabında yazır ki, "internet mövzusunda dəstək olsanız, sevinərik"

"Cəmi 1 gb internetim qalıb. YouTube-da gəzməyə qorxuram ki, o da bitəcək, qalacam internetsiz. İş yerləri bağlıdır, cibimdə isəson 40 azn var. Onunla internet alım? Yoxsa 1 aylıq özümü idarə edim? #evdəqal deməklə olmur", - həmin istifadəçi yazır.

Bir çox şirkətin sosial media hesablarında onlarla belə tələb və mesajlar oxumaq olur.

Azərbaycanda mobil və internet şirkətlərin bir çoxu insanları karantin qaydalarına riayət etməyə çağıran videoçarxlar və maarifləndirmə materialları yayırlar. Bəs istifadəçilərin İnternet əlçatımlığını yaxşılaşdıracaq hansı təklifləri var?

Azərbaycanda indiyədək 440-dan çox insan koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri ölüb. Karantində zonalarında 4321 nəfərin olduğu açıqlanıb.

Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

                                  Mobil operatorlar

Azercell və Nar mobile operatorlarının müştəri xidmətlərindən koronavirusla bağlı hər hansı güzəştlərin "nəzərdə tutulmadığı" deyilib.

Bu şirkətlərin vebsayt və internet səhifələrində də insanları evdə qalmağa təşviq edən hər hansı həvəsləndirici imtiyazlar qeyd olunmayıb.

Bakcell operatoru vətəndaşlar üçün ümumi imtiyazlar nəzərdə tutmasa da, həkimlər və karantində olan bəzi vətəndaşlar üçün hədiyyə göndərəcəyini qeyd edib.

Şirkətin veb səhifəsində "karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlara isə 50 AZN məbləğində ödəmə kartları" göndəriləcəyi yazılıb.

Bakcell müştəri xidmətlərindən bildiriblər ki, nəzərdə tutulmuş ödəmə kartlarının verilməsi hələ həyata keçirilməyib, karantində olan vətəndaşlara ödəmə kartlarının verilməsi isə ancaq Cəlilabad rayonunda karantində olan vətəndaşları əhatə edəcək.

Şirkətin müştəri xidmətlərinin nümayəndəsi ərazinin seçim meyarını "oradakıların vəziyyətlə əlaqədar olaraq daha çox ehtiyacı var" deyərək izah edib və bunu "rəhbərliyin seçimi" adlandırıb.

                                    İnternet provayderlər və televiziya kanalları

İnternet provayderi və televiziya yayım şirkətlərinə gəlincə isə, əlaqə saxladığımız qurumlardan bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, bəzi imtiyazlar təklif edənlər də olub.

Aztelekom, Baktelecom, Connect, Citynet internet və ya televiziya yayım xidmətlərində hər hansı endirim, hədiyyə və ya imtiyazların nəzərdə tutulmadığını bildirib. Digər operatorların bir çoxunun müştəri xidmətləri ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb, onların internet səhifələrində isə imtiyazlarla bağlı hər hansı qeyd olmayıb.

Bəzi provayderlər isə yalnız tibb işçiləri üçün hədiyyələr nəzərdə tutub.

KATV1 bütün tibb işçiləri üçün 1 aylıq televiziya və ya internet, Azstarnet provayderi 1 aylıq internet, Ailə TV 1 aylıq televiziya və internet hədiyyə edəcəyini qeyd edir. Ailə TV tibb işçilərindən başqa, karantin günləri ilə əlaqədar rəqəmsal yayım istifadəçilərinə 70-dən çox kanalı pulsuz təklif edib.

Bu provayderlər tibb işçilərinə təklif edilən imtiyazlardan yararlanmaq üçün doldurmaq lazım gəlinən formada tibb işçisinin vəsiqəsini və ya iş yerindən arayış tələb edirlər.

                           Nazirlik imtiyazlarla bağlı "hələ ki, tapşırıq verməyib"

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xüsusi karantin günlərində insanların evdə qalmasını həvəsləndirmək üçün bəzi bölgələrdə müəyyən televiziya proqramlarının ödənişsiz olacağını bildirib, amma ev telefonu, mobil operator və televiziya yayım şirkətlərinə imtiyazlarla bağlı hələ ki, tapşırıq verilməyib.

Nazirliyin "Teleradio" İstehsalat Birliyi xüsusi karantin rejimi dövründə bəzi bölgələrdə yerüstü açıq yayım paketinə 80-dək xarici telekanalı ödənişsiz əlavə edib.

"Aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq", - nazirliyin məlumatında deyilir.

Nazirliyin sözçüsü Günel Gözəlova deyir ki, əhalinin çox hissəsinin evdə qaldığı və internetdən istifadə etdiyi üçün "yarana biləcək yüklənmələr normal haldır". O deyib ki, nazirlik bunu nəzarətdə saxlayır və bununla bağlı xüsusi tapşırıqlar verir.

Günel Gözəlova nazirliyə daxil olan bütün müraciətlərin araşdırıldığını, vətəndaşlardan internetin sürəti ilə bağlı "xüsusi sayda müraciətlər" daxil olmadığını deyib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam