Redaktor seçimi
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
Günün xəbəri

COVID-19-dan vəfat edənlərin dəfni:AZƏRBAYCANDA BU MƏRASİM DİNİ QAYDALARA UYĞUN KEÇİRİLİRMİ?

 

 

 

 COVID-19 dünyanın alışdığı nizamı bütün mənalarda alt-üst edib. Təkcə siyasi-iqtisadi müstəvidə deyil, gündəlik həyat qaydaları, davranış tərzləri, adətlər də yeni şəraitə uyğunlaşdırılır. İndi koronavirusla bağlı hər şey gündəm mövzusudur. O cümlədən virusa yoluxmadan vəfat etmiş şəxslərin dəfni.

Yenixeber.org: Ümumən bütün dövlətlərin epidemiya və pandemiya hallarında dəfnlə əlaqədar öz qaydaları var. Lakin mülki səhiyyə strukturlarının tələbləri bir çox hallarda fərqli dini hökmlərin icrası ilə uzlaşdırılıb.

Bir neçə nümunə:

Koronavirusun başlanğıc nöqtəsi olan Çində hakimiyyət orqanları dəfn mərasimlərini ümumiyyətlə qadağan edib və COVID-19-dan ölən xəstələrin cəsədləri xüsusi təyin olunmuş krematoriyalarda yandırılır.

Ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi, Çin Mülki İdarəetmə Nazirliyi və Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin əmrlərinə əsasən, virusa yoluxmuş xəstələrin qalıqları müxtəlif ərazilər arasında daşınmamalı və bir yerdən digər yerə köçürülərək basdırılmamalıdır.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Ölən xəstələrin cəsədləri dezinfeksiya edilir və möhürləndikdən sonra açılmasına icazə verilməyən germetik şəkildə bağlanmış bir torbaya yerləşdirilir.

Sosial şəbəkələrdə İtaliyada ölənlərin krematoriyalarda yandırılmasına dair görüntülər insanların gözünü daha çox qorxudub. Amma xristian dininin hakim olduğu Apennin yarımadasındakı bələdiyyələri bu addıma məcbur edən yalnız ölənlərin say çoxluğu deyil, bu həm də karantin rejimindən irəli gəlir.

Prosesdə təkcə katolik ruhani və Dəfn Bürosunun təmsilçisi iştirak edir.

ABŞ-da koronavirus pandemiyasına görə dəfn prosesi videoya çəkilir və ehtiyat tədbir olaraq yalnız yaxın qohumlar mərasimə buraxılır.

Dəfnin videoya çəkilməsi həm də mərhumun dostları və qohumlarının dəfn prosesini görə bilməsi üçündür.

İngiltərədə də mərasimi yalnız uzaqdan seyr etmək icazəsi verilir.

Rusiyada Federasiyasının Baş Dövlət Sanitariya İdarəsinin 28 iyun 2011-ci il tarixli 84 nömrəli qərarında aydın şəkildə göstərilir ki, cəsədlər patoloji və anatomik şöbədən dərhal sinklənmiş, germetik bağlanmış tabutlarda basdırılmalıdır. Həmçinin, dəfn üçün bundan ötrü sanitariya və epidemioloji nəzarəti həyata keçirən orqanların icazəsi tələb olunur.

Orta Asiya respublikalarının dini qurumları koronavirusdan ölmüş insanların dəfni ilə bağlı xüsusi fətvalar verib. “Ölüm halında, İslam qanunlarına görə, epidemiyanın dərəcənə baxmaq lazımdır. Əgər bu, mərhumun cəsədi ilə ötürülən bir epidemiyadırsa, cəsədi yuma məsafədən həyata keçirilir, yəni meyitin üzərinə sadəcə vedrə və ya şlanqla isti su tökülür. Ancaq yuma məcburidir. Bu işi görən şəxslərin maska və rezin əlcək geyməsi də”, – deyə Qırğızıstan Üləma Şurasının üzvü Kadir Malikov “Kaktus media”-ya bildirib.

Özbəkistan Müsəlmanları İdarəsi Səhiyyə Nazirliyi ilə məsləhətləşib və karantin zamanı cəsədin şəriət qaydalarına uyğun olaraq mümkün qədər yuyulması, kəfənlənməsi və basdırılması qənaətinə gəlib. İdarə nümayəndəsi prosesdə mütləq şəkildə iştirak edir.

Fətvada deyilir ki, koronavirusdan ölən insanların dəfn edilməsi yalnız yaxın qohumların iştirakı ilə aparılmalıdır.

“Dəfn mərasimində iştirak edən insanlar tibbi göstərişlərə əməl etməli, o cümlədən maska və əlcəklər taxmalı, karantinə uyğun olaraq mərasimdən sonra dezinfeksiya və şəxsi gigiyena prosedurlarını yerinə yetirməlidirlər”, – deyə fətvada qeyd olunur.

Qazaxıstan informasiya və ictimai inkişaf naziri Dauren Abaev bildirib ki, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi də oxşar fətva verib.

İranda Şəhid Beheşti Tibb Elmləri Universitetinin Ətraf Mühitin Sağlamlığı kafedrasının müdiri Məcid Tacik koronavirusdan ölənlərin necə dəfn olunduğuna dair yerli medianın suallarına aydınlıq gətirib. Onun  sözlərinə görə, koronavirus nəticəsində ölən şəxslər Səhiyyə Nazirliyinin göstərişinə uyğun şəkildə dezinfeksiya olunurlar. Bundan sonra cəsədlər xüsusi çantalara qoyulur və xüsusi təcili yardım maşınları ilə qəbristanlığa aparılır. Cəsədləri daşıyan təcili yardım maşınlarının mütləq qaydada dezinfeksiya edilməsi şərtilə.

Qəbristanlıqda şəxsi qoruyucu vasitələri olan insanlar cəsədləri çantalardan çıxarır, meyitlər şəriət qaydasına uyğun yuyulur, sidr-kafur vurulur, yenidən dezinfeksiya olunur və kəfənli halda basdırılırlar.

“Məzarın dərinliyi ən azı iki metr olmalıdır, yəni yeraltı suların səviyyəsi yüksəkdirsə, həmin məzar qazılarkən bu, nəzərə alınmalıdır. Qəbrin içinə müəyyən miqdarda əhəng qatı səpilir və qəbr torpaqla doldurulduqdan sonra koronavirusdan ölənlərin qəbri digər məzarlardan, təhlükəsizlik məqsədilə, 30 sm hündür edilir”.

Məcid Tacik əlavə edib ki, dəfn olunmuş şəxsin cəsədindən virusun ötürülməsi ehtimalı yoxdur. Amma qəbrin üstünə betonun ən qısa müddətdə tökülməsi və məzar daşının qoyulması tövsiyə olunur, çünki bəzi qəbirlərdə torpaq yatması mümkündür, buna görə də, məzarın üstünə daş örtük çəkilməsini tezləşdirmək tövsiyə olunur. Əlbəttə, sinədaşı qoyandan sonra narahat olmağa ehtiyac yoxdur və insanlar mərhumlarının ziyarətinə gedə bilərlər.

“Koronavirusun ölənlərin cəsədləri təhlükə mənbəyi deyil”. Bunu Cenevrədə keçirilən brifinqdə Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü Kristian Lindmayer deyib.

COVID-19-dan ölənlərin cənazəsi ilə məşğul olmaq məcburiyyətində qalan dəfn işçilərinin sağlamlığının qorunması ilə bağlı tövsiyələrin olub-olmadığı barədə suala cavab verən Lindmayer bu xəstəliyə səbəb olan patogenin hava damlaları ilə yayıldığını xatırladıb. “Bu, məsələn, Ebola vəziyyətində olduğu kimi deyil”.

Azərbaycanda COVID-19 hələ ki 5 can alıb. Lakin virusdan ölən şəxslərin harada və necə dəfn edildiyinə aydınlıq gətirilməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargah və Qafqaz Qüsəlmanları idarəsi bu məsələyə ən qısa zamanda işıq salmalıdır. İnsanları təkcə sağlığında deyil, öldükdən sonra da, haqlı olaraq, özlərinə qarşı ləyaqətli münasibətə ümid edirlər.

Heç kim əbədi deyil!

Əziz Rzazadə

Strateq.az

P.S. Məqalədə “Fars” İnformasiya Agentliyinin fotolarından istifadə edilib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}