Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hamı koronavirusla mübarizəyə:Tesla, Amazon, Dior və digər nəhəng şirkətlər mobilizasiya vəziyyətində

 

                              Fotonun müəllifi: GETTY IMAGES

Avtomobil əvəzinə ağciyər üçün süni tənəffüs aparatları, ətir və viski əvəzinə əl üçün dezinfeksiyaedici gel - böyük biznesin nümayəndələri Covid-19 virusu ilə mübarizəyə töhfə vermək istəyirlər.

Yenixeber.org: Koronavirus pandemiyasına görə ABŞ, Avropa və Asiyanın böyük korporasiyaları zavodların fəaliyyətini dayandırıblar. Ancaq virusa yoluxanların müalicəsinə yardım məqsədilə bir çoxu həyati əhəmiyyətli defisit avadanlıqların – ilk növbədə süni tənəffüs aparatlarınnın (STA) istehsalına başlamağı vəd edib.

University College London xəstəxanasının əməkdaşları Mercedes F-1 qrupu ilə birlikdə mövcud STA aparatlarından daha təkmil olduğu iddia edilən yeni cihazın hazılandığını elan ediblər.

Nissan, McLaren və Meggit şirkətləri ağciyər üçün yeni növ tənəffüs aparatı hazırlayacaqlarını açıqlayıblar.

Formula 1 üçün yarış avtomobilləri istehsal edən digər şirkətlər də yaxın günlərdə tibbi materiallar və cihazların istehsalına başlamağın yollarını axtarırlar. Dizaynerlər, konstruktorlar və texniki komandalar bu layihədə iştirak edəcəklərini bildiriblər.

“Biz vaxtın az, işin miqyasının çox geniş olduğunu dərk edirik və bütün diqqətimizi bu layihəyə yönəltmişik”.

Hindistanın Mahindra Group şirkəti də öz zavod və fabriklərini STA istehsalına yönəldir. Bunu korporasiyanın yaradıcısı və rəhbəri milyarder Anand Mahindra deyib.

Şirkətin saytında yazıldığına görə, bu konqlomerat kənd təsərrüfatı traktorlarının istehsalı üzrə dünyada, elektromobil istehsalı üzrəsə Hindistanda liderdir.

Fiat şirkətinin Çindəki zavodlarından biri həftənin əvvəlindən etibarən tibb maskalarının istehsalı üçün hazırlıq işlərinə start verib. Şirkətin rəhbəri Mike Manley deyib ki, yaxın həftələrdə istehsala başlayacaqlar.

Tibb işçisiFotonun müəllifi: ALAMY

                         Testlərin hazırlanması

Bill Gates və Amazon şirkətinin rəhbəri Jeff Bezos alyans yaradıblar: Microsoft qurucusunun fondu Seattle şəhərindəki Seattle Coronavirus Assessment Network (SCAN) qrupunu maliyyələşdirir, Amazon Care isə Covid-19 testlərinin təcili çatdırılması işini öz öhdəsinə götürüb.

Burundan götürülən yaxmanın analizi ABŞ-da epidemiyanın əsas mərkəzlərindən birində - Washington ştatının King dairəsində koronavirusa yoluxma yollarının öyrənilməsi üçün lazımdır.

ABŞ prezidenti Donald Trump özünün Twitter hesabında Elon Musk-ın korporasiyasını və digər şirkətləri tərifləyib:

“Ford, General Motors və Tesla şirkətlərinə süni tənəffüs aparatlarının və digər metal məmulatların hazırlamaları üçün yaşıl işıq yandırılıb. MÜMKÜN QƏDƏR TEZ! Buyurun, avtomobil bosları, görək, öhdəsindən gələcəksinizmi?”

Amerika administrasiyası tibbi avadanlıqların istehsalı üçün sertifikat verilməsi prosesini sürətləndirib.

Trump-ın sadaladığı nəhənglər həqiqətən də STA istehsalında iştirak etmək təşəbbüsüylə çıxış ediblər. Yaponiyanın Nissan şirkəti və Formula 1-dəki britaniyalı mühəndislər də onlara qoşulub.

Ancaq STA istehsalçıları onun çox spesifik avadanlıq olduğunu və bu nou-haunu mənimsəməyə müəyyən qədər vaxt lazım gələcəyini deyirlər.

“İstər detallarına, istərsə də elektron içliyinə görə STA son dərəcə həssas aparatdır”, Wired nəşrinə müsahibəsində Yens Hallek belə deyib.

O, ağır pnevmoniya hallarında istifadə edilən bu çox vacib avadanlığın istehsalçısı Hamilton Medical şirkətinin rəhbəridir.

Əvvəllər Pentaqonda çalışmış bir nəfər Washington Post qəzetinə deyib ki, istehsal prosesini STA hazırlanmağa uyğunlaşdırmaq üçün avtomobil və aerokosmik avadanlıq zavodlarına bir ildən çox vaxt lazım gələcək.

Tesla və SpaceX şirkətlərinin sahibi Eloan Mask hələ ki, Çindən 1255 STA alıb və avadanlığın Los Angeles şəhərinə çatdırılma haqqını da ödəyib.

O öz “Twitter” hesabında bu aparatın Çində ehtiyac duyulandan artıq olduğunu yazıb, malı yubatmadan buraxdıqları üçün Çin və ABŞ-ın gömrük xidmətlərinə təşəkkürünü bildirib.

dezinfeksiyaedici gellərFotonun müəllifi: LVMH

                              Christian Dior-dan sanitayzer

Parfümeriya, şərab və viski fabrikləri koronavirusla mübarizə üçün istehsal etdikləri mayelərin növünü dəyişiblər: ətir və spirtli içki əvəzinə dezinfeksiyaedici gellər və məhlullar hazırlayırlar.

Christian Dior şirkətnn törəməsi “LVMH Moet Hennessy Louis Vuitton SE” şirkəti əl üçün gel istehsalıyla məşğul olacaq.

Dior, Givench və Guerlain markaları üçün ətirlər hazırlanan 3 fabrik ehtiyatda olan xammaldan – etil spirti, təmizlənmiş su və qliserindən bu məqsədlə istifadə edəcək.

Sanitayzer doldurulmuş minlərlə şüşə artıq Paris xəstəxanalarına göndərilib.

Wall Street Journal təəssüflə qeyd edib ki, dezinfeksiyaedici gellər ətirli deyil.

Bütün dünyada şərab və konyak zavodları olan Pernod Ricard korporasiyası (Fransa) da ABŞ-dakı (Kentucky, Qərbi Virginia, Texas) zavodlarında belə gellərin istehsalına başlayıb.

Absolut arağını hazırlayan şöbələr anbarlarındakı xammalı gel istehsal edən fabriklərə göndərib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam