Redaktor seçimi
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Günün xəbəri

Koronavirus iqtisadiyyatı: Zərərlər necə kompensasiya edilməlidir? –İqtisadçı ekspertin təklifləri 

 Koronavirusla mübarizə tədbirləri çərçivəsində maliyyə zərərləri ilə üzləşən təsərrüfat subyektləri və kompensasiya məbləğlərinin hesablanması qaydalarına dair təklif

Yenixeber.org: İlk növbədə dövlətimizin Koronovirus epidemiyasına qarşı mübarizə tədbirlərini təqdir edir, uğurlar arzulayır və məhdud maliyyə imkanlarım çərçivəsində mübarizə fonduna mən də dəstək oluram. Tanrı xalqımızı qorusun!

Ölkə başçısının müvafiq Sərəncamı ilə fiziki və hüquqi şəxlərin minimum zərər risklərinin aradan qaldırılması, fərdi və sosial rifahın əsası olan məşğulluq sahəsində durğunluğun yaranmaması məqsədilə nəzarətə götürülmüş problemin həlli istiqamətində təkliflərimi təqdim edirəm.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində maliyyə zərərləri ilə üzləşən təsərrüfat subyektlərinin demək olar ki böyük əksəriyyəti zərər riskləri ilə üz-üzədir. Lakin dünyada baş verən hadisələrin müddət baxımından dəqiq proqnozlaşdırılması qeyri-müəyyənlik yaratdığından maliyyə ehtiyatlarının səmərəli istifadəsi və maliyyə risklərinin minimallaşdırlması zəruri məsələlərdən biri kimi qiymətləndirilməlidir .

​ Zərərlərin minimum səviyyədə qarşılanması və sosial durğunluğun qismən aradan qaldırılması, zərər risklərinin​ təhlili, qiymətləndirilməsi və kompensasiyası barədə obyektiv nəticələrin əldə olunması və müvafiq qərarların qəbul edilməsinə əsaslanmalıdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, iqtisadi subyektlərə dəymiş zərərin müəyyən edilməsi üzrə mənbəyi bəlli olan məlumatlar subyektlər tərəfindən təqdim edilmiş hesabatlar üzrə iqtisadi göstəricilər olmalıdır. Heç kəs bəyan etdiyi məlumatların nəticələrindən kənar güzəşt və ya kompensasiya üçün iddia edə bilməz. ​ Bu göstəricilər dövri (rüblük, altı aylıq, illik) xarakter daşımalı, iqtisadi subyektin ticarət dövriyyəsi, mənfəət və gəlir nəticələrinə müvafiq hesablanmalıdır. Zərər və kompensasiyalar hesablanarkən vergi öhdəlikləri qədər azalmalar nəzərə alınmalıdır ki, nəticələr bütün sahələri əhatə etməklə həm ədalətli, həm də məqsədyönlü olsun. Bunu kiçik bir misal üzərindən izah etməyə çalışaq.

 

Məsələn: pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxs ötən il ərzində ortalama 2000 manat sadələşdirilmiş vergi məbləği (həmçinin DMSS məbləğlərini, İc-haq ÖMV) ödəmişdirsə, onun zərərləri 12 aylıq dövr üzrə fəaliyyətsiz hər ay üçün (100​ 000 : 12 = 8333.3 manat) bölünərək hesablanmalı, ölkə üzrə statistik orta ticarət əlavəsi nəzərə alınmaqla​ (icarə haqqı öhdəliyi varsa) icarə haqqı məbləğləri çıxılaraq buraxılmış səmərə və ya sahibkarın zərəri hesablana bilər. İqtisadi subyektin zərərləri dövlət tərəfindən qarşılanarkən məşğulluq siyasətinin tərkib hissəsi kimi əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçinin (işçilərin) əməkhaqqları üzrə ödəmələrin saxlanılmasına xüsusi nəzarət olmalıdır. Lakin DSMF –ödənişləri qədər kompensasiya məbləğində əvvəlcədən azaldılmalar edilməlidir ki, təsərrüfat subyketi tərəfindən ödənişlərin icra edilməsində problem yaranmasın.

Hesablamanı davam edək: iqtisadi aktivliyin və əmtəə likvidliyinin səviyyəsindən asılı olaraq pərakəndə ticarət üzrə illik qeyri-qida mallarına tətbiq olunan ortalama ticarət əlavəsi 15 ​ və 30 faiz arasında dəyişə bilər. İl ərzində 2000 manat , ay ərzində isə təxminən 167 manat sadələşdirilmiş vergi məbləği ödəyən fiziki şəxsin ortalama aylıq dövriyyəsi 8333.30 manatdırsa, ​ ticarət əlavəsini orta hesabla 20 faiz nəzərə alsaq onda aşağıdakı hesablamanı əldə etmiş olarıq:

​ 8333.30 x 0.20 = 1666.60​

Bu məbləğ subyektin əməliyyat gəliridir.

Təsərrüfat subyekti 500 manat icarə haqqı, 300 manat əməkhaqqı verirsə,​ 1666.60 – 500 - 300 = 866.60 manat

MDSS və İSS haqqı və bir nəfər əmək müqaviləsi əsasında işçiyə görə xərclər ortalama 190 manat.

​ ​866.60 – 190.00​ =​ 676.60 manat

İllik ticarət dövriyyəsi 100​ 000.00 manat təşkil edən sadələşdirilmiş vergi uçotunda olan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektinin kompensasiya məbləği yuvarlaq olaraq 676.00 manat əməkhaqqının ödənilməsinə görə isə əlavə 279.5​ manat güzəşt verilə bilər.

ƏDV , mənfəət və gəlir vergisinin ödəyicilərinə münasibətdə isə daha bəsit hesablama qaydası tətbiq olunur. Belə ki, iqtisadi subyektin fəaliyyətinin nəticəsi onun gəliri və ya mənfəətidir. ƏDV büdcənindir. ƏDV-dən təsərrüfat sübyekti gəlir əldə etmir. Ona görə də bəyan edilmiş xalis mənfəətin məhdudiyyət tətbiq edilmiş dövrə düşən hissəsi həcmində, əmək müqaviləsi əsasında işləyən işçilərə görə isə faktiki əməkhaqqı məbləğinə görə müvafiq tutulmalar tətbiq edilməklə kompensasiyalar hesablana bilər.

 

​ Kompensasiya və güzəşt tətbiq olunan fəaliyyət sahələri və hesablama üçün istinadlar aşağıdakı kimi müəyyən edilə bilər:

   

    1. Qeyri-qida məhsullarının (mallarının) yalnız Malllarda, ticarət mərkəzlərində pərakəndə və topdan satışını həyata keçirən fiziki və hüquqi şəxslərin - ticarət dövriyyəsinə, xalis mənfəət və ya xalis gəlirlərinə əsasən (yuxarıda təsvir edildiyi kimi),

  1. Şadlıq və mərasim evlərində müvafiq xidmətlər göstərən fiziki və hüquqi şəxslər xalis mənfəət və ya gəlirlərinə münasibətdə , habelə sabit vergi məbləğlərinin və ​ MDSS haqqlarının ödəyiciləri ( afisiantlar, fotoqraflar, və digər) ölkə üzrə minimum əməkhaqqı məbləğində . (Sabit vergi məbləğlərinin ödəyicilərinin fəaliyyətində məhdudiyyətlər yaranmamış növləri nəzərdə tutulmur),
  2. Ölkədaxili, şəhər daxili və şəhərlər arası sərnişindaşımalar üzrə xidmətləri həyata keçirən fiziki və hüquqi şəxslərin xalis mənfəət və ya xais gəlirlərinə münasibətdə,
  3. Fərdi təhsil xidmətləri (tədris kursları) təqdim edən hüquqi və fiziki şəxslərin xalis mənfəət və ya xalis gəlirlərinə münasibətdə (Sv ödəyicilərinin balans hesabatında xalis gəlir və ya mənfəətinə əsasən). İşçilərə görə isə əmək müqaviləsi üzrə faktiki əməkhaqqı məbləğindən müvafiq tutulmalar da nəzərə alınmaqla,
  4. Uşaq bağçalarının fəaliyyəti ilə məşğul olan təsərrüfat sübyektlərinin mənfəətindən və ya gəlirindən güzəşt tətbiq edilən vergi məbləğləri çıxılmaqla,
  5. Ödənişli sağlamlıq kompleksləri (idman komplekslərinin , idmanın ayrı-ayrı bölmələrinin dövlət qeydiyyatında olan) xalis gəlirindən və ya xalis mənfəətindən və ya güzəşt tətbiq edilən vergi məbləği çıxılmaqla,
  6. Tamamilə fəaliyyət göstərməyən ictimai iaşə təsərrüfat sübyektlərində fərdi sahibkar və yalnız əmək müqaviləsi əsasında işləyən işçilərin MDSS, İS , DSMF çıxıldıqdan sonra aldıqları xalis gəlir (əməkhaqqı rəsmi bəyan edilmiş) məbləğləri həcmində,
  7. Fəaliyyətinə məhdudiyyətlər tətbiq edilmiş qida (ərzaq) məhsullarının istehsalçıları olan hüquqi və fiziki şəxslərin xalis mənfəətinin və ya xalis gəlirinin həcmində məhdudiyyətin yaranmasından yaranan zərərlə fərqi həcmində,
  8. Turizm sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin xalis mənfəətinə və məhdudiyyət tətbiq olunan dövrdə turizm mövsümü nəzərə alınmaqla,
  9. Fəaliyyətində məhdudiyyətlər yaranmış təsərrüfat subyektlərinə mühasibatlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən əldə edilən xalis gəlir və mənfəət nəzərə alınmaqla rəsmiləşdirilmiş əməkhaqları məbləğləri həcmində,
  10.  Digər fərdi xidmətlər göstərən sahibkarlara isə ölkə üzrə minimum əmək haqqı məbləği həcmində

Kompensasiya nəzərdə tutulmamalıdır.

 

Elçin Qurbanov

İqtisadçı ekspert

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}