Redaktor seçimi
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Goranboyda gizli çete: başçının klanında kimlər var? -
Siyasi elitanın Cavid Qurbanov üzü: 
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-
Abel Məhərrəmovdan birinci xanıma hörmətsizlik-
Azay Quliyevin Əli Həsənovdan Abbas Abbasovadək şübhəli əlaqələri-
Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+
Günün xəbəri

Erməni cütlük büdcə pullarını necə pay-puş ediblər? -Navalnıdan yeni ifşa edici sənədlər

 

 Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyana və onun əri, rejissor və teleaparıcı Tiqran Keosayana “Krım körpüsü. Məhəbbətlə tikilib” təbliğat filminin istehsalına görə 46 milyon rubl (588 min dollar) ödənib.

Yenixeber.org: Bu barədə Rusiya Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının yeni videosunda məlumat verilir.

Videoda qeyd olunur ki, filmə ümumlikdə dövlət büdcəsindən 100 milyon rubl ayrılmışdı. Belə çıxır ki, ödənilən pulun yarısını Kremlə yaxınlıqları ilə tanınan ər-arvad alıblar.

Navalnının əldə etdiyi sənədlərdən məlum olur ki, bu filmə görə Tiqran Keosayana rejissor kimi 14 milyon rubl (179 min dollar), onun arvadı Marqarita Simonyana isə ssenarist kimi 9 milyon rubl (115 min dollar) ödənib.

Keosayanın qardaşı David Keosayan filmin baş prodüseri təyin edilmişdi. Onun payına 8 milyon rubl (100 min dollar) düşüb.

Keosayanın birinci arvadı da narazı qalmayıb

Marqarita Simonyan Keosayanın ikinci arvadıdır, amma bu filmdən onun birinci arvadı Alyona Xmelnitskaya da narazı qalmayıb. Qonorarın qalanını ona, Tiqranın qızı Lauraya, David Keosayanın gəlini Yunona Qlotovaya veriblər.

Navalnının təhqiqatından bu da məlum olur ki, Krım körpüsü haqqında film çəkmək Simonyan-Keosayan cütlüyünün ideyası olub, Kino Fondu onların 2016-cı ilda verdikləri təklifi rədd etmişdi.

Bundan sonra Rusiya prezidenti administrasiyası rəhbərinin müavini Aleksey Qromov ər-arvad üçün şəxsən ağız açıb və Mədəniyyət Nazirliyinə məktub yazıb. Yalnız bundan sonra Kino Fondu heç bir müsabiqəsiz bu filmin çəkilişinə 100 milyon rubl ayılıb. Videoda bu da qeyd olunur ki, Qromovun iki oğlu RT telekanalında işləyirlər.

Navalnı bildirir ki, amma bu pullar da Simonyan və Keosayanı qane etməyib. Onlara daha 54 milyon rublu Krım körpüsünü tikən şirkətin sahibi və prezident Vladimir Putinin yaxın dostu Arkadi Rotenberq ödəyib.

Navalnının çəkdiyi video özünün texniki fəndləri ilə də maraqlıdır. Bu videoda Navalnı Putinin sürdüyü KamAZ yük maşınının kabinəsinə, filmin başqa kadrlarına montaj edilib:

Bu videodan əvvəl Aleksey Navalnı RT redaktoru və onun ərinin korrupsiya fəaliyyətlərini ifşa edən daha bir təhqiqatın nəticələrini və "Parazitlər" adlı videonu dərc etmişdi.

Həmin təhqiqatın videosunda deyilirdi ki, Simonyan və Keosayan dövlət reklam agentliklərindən və dövlət telekanallarından istifadə etməklə 700 milyon rubl (9 milyon dollar) əldə ediblər.

Marqarita Simonyan Navalnının təhqiqatına şərh verərkən demişdi ki, o və əri pulları tamamilə qanuni şəkildə qazanıblar.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Navalnıın son videosu ilə bağlı Marqarita Simonyandan şərh almaq mümkün olmayıb.("Azadlıq" radiosu)

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}