Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Düşmən” qapıya dayanıb, sərhədlər qapadılır: “Qloballaşma” da təhlükədədir 

 


 Avropada vahid dövlət, maliyyə sistemi, ticari məkan, ortaq iqtisadiyyat və sair bu kimi anlayışlar, strateji hədəflər artıq şübhə ilə qarşılanır... Ticarət əlaqələri qopur, turizm marşrutları qapanır, şirkətlər fəaliyyətini dayandırır, istehsal prosesi iflasa doğru sürüklənir...

Yenixeber.org: 21-ci əsrin əvvəllərindən etibarən dünya yeni mərhələyə qədəm qoymuşdu. Adını da “beynəlxalq qloballaşma” qoymuşdular. Və iddia edirdilər ki, bu mərhələnin uğura qovuşdurulmasına yönəlik planlı addımlar artıq ilkin nəticələrini verməkdədir. “Qloballaşma prosesi” gözləniləndən daha sürətli xarakter daşıyır.

Əlbəttə, həmin iddiaların nə qədər doğru, nə qədər şişirdilmiş olduğu “qloballaşma prosesi”nin dünya dövlətləri və xalqlar üzərində buraxdığı müsbət təsirlərin nəticələrinə uyğun müəyyənləşdirilə bilər. Həm də müsbət təsirlərin dünyanın yalnız hansısa bölgələrini münasibətdə deyil, ümumiyyətlə, bütün regionlarını əhatə etməsi vacib şərtlərdən sayılır.

Ancaq dünyanın mövcud durumuna diqqət edərkən iddiaların o qədər doğru olmadığı diqqəti çəkir. Bəlkə də “qloballaşma prosesi” dünyanın hansısa regionlarında yeni həyat şərtləri formalaşdıra bilib. Halbuki bunu bütün planetə aid etmək mümkün deyil.

Картинки по запросу "Afrikada həyat"

Məsələn, planetin bəzi qitələrində baş verənlərin və mövcud olan situasiyanın “qloballaşan dünya” ilə heç əlaqəsinin olmadığı qətiyyən şübhə doğurmur. Hər halda, Afrika qitəsindəki yaşam şərtlərinin “qloballaşan dünya” ilə bağlantısını qurmağa kimsənin cəsarəti çatmaz.

Çünki bu qitənin dövlətlərinin inkişafında və xalqlarının həyat şərtlərində demək olar ki, irəliyə doğru heç nə dəyişməyib. Yəni “qloballaşma prosesi”ndən öncə necə yaşayırdılarsa, indi də ondan uzağa getməyə nail olmayıblar. Əksinə, hətta bəzi parametrlər üzrə mövcudluq şərtlərinin daha da ağırlaşdığı inkaredilməz reallıqdır.

Ancaq bütün bunları dünyanın inkişaf etçiş dövlətlərinə aid etmək mümkün deyil. Məsələn, Avropa qitəsi bu mərhələdə böyük və sürətli inkişaf yolu keçib. Bu qitədə dövlətlərarası sərhədlər “şəffaf”laşdırılıb. Və prosesin sərhəd anlayışının tamamilə əhəmiyyətini itirməsinə qədər inkişaf etdirilməsi nəzərdə tutulub.

Eyni zamanda, Avropa dövlətləri vahid pul, maliyyə sistemi və ortaq iqtisadi məkan hədəflərinə də böyük ölçüdə nail ola biliblər. Avropa strateqlərinin xəyallarında isə vahid qitə dövləti, maliyyə-iqtisadi sistemi, ordu, ən yekundasa vahid xalq perspektivi yer alır.

Картинки по запросу "qlobal iqtisadi böhran"

Bir sözlə, dünyanın inkişaf etmiş ölkələrindən başqa heç yerdə hiss olunmayan bu “qloballaşan dünya” prosesi ilə Avropa ölkələri əməlli-başlı fəxr edirdilər. Bu barədə danışandasa, ilk növbədə dövlətlərarası sərhədlərin şəffaflaşdırılmasını, sərhəd anlayışının ümumiyyətlə, əhəmiyyətini itirməkdə olduğunu ön plana çəkməyə çalışırdılar.

Ancaq son dövrlərdə deyəsən, hər şey tərsinə çevrilməyə başlayıb. Belə ki, dünyada yeni bir fəlakət mənbəyi – koronavirus yayılmağa başlayıb. Və deyəsən, koronavirus da “qloballaşma prosesi”nə “rəğbət”lə yanaşır.

Hər halda, bu virus bütün dünyaya yayılmaq üçün məhz şəffaf sərhəd faktorundan “yararlanmağa” çalışır. Sərhədləri asanlıqla aşaraq, dünyanın fəth olunmasını davam etdirir. Fəth etdiyi hər ölkədəsə, fəlakət törədir, insan həyatlarını qısa müddətdə sonlandırır.

Təbii ki, bütün dünya bundan narahatdır, hətta qorxu içərisindədir. İnkişaf etmiş dövlətlər də, inkişaf etməmiş ölkələr də bu virusla üzləşmək istəmir.

Çünki bu virus sərhəd tanımır, dövlətlərin beynəlxalq nüfuzunun səviyyəsinə əhəmiyyət vermir, xalqlar arasında heç bir fərq qoymur. Hər dövlətə, hər xalqa “hücum” edir.

voronavirus.jpg (120 KB)

Bəli, koronavirus adlandırılan qəddar “düşmən” hər kəsi hazırlıqsız yaxalayıb. “Düşmən” hər kəsin qapısına – sərhəddinə dayanıb. Qapıdan içəri keçmək üçün isə tərəddüd etməyəcəyini biruzə verməkdədir.

Onunla necə davranılacağı, necə mübarizə ediləcəyi, necə məğlub olunacağı məlum deyil. Yəni bu “düşmən” hər kəsdən güclüdür. Hətta nüvə silahına sahib olan, öz müasir elmi-texniki inkişaf səviyyəsiylə lovğalanan superdövlətlər belə, bu qeyri-adi “düşmən”in qarşısında aciz duruma düşüb.

“Qloballaşan dünya”nın aparıcı dövlətləri isə yaranmış vəziyyətdən hələlik dəqiq çıxış yolu tapmasalar da, xilas olmaq və yaxud da fəlakətin təşrif buyurmasını heç olmasa, bir qədər gecikdirmək üçün mümkün görünən yeganə çarəyə əl atmaq məcburiyyətində qalıblar. Ona görə də sərhədləri bağlayırlar. Bununla fəlakətin – koronavirusun qarşısını kəsə biləcəklərinə ümid bəsləyirlər.

Ümidlər özünü doğruldacaqmı? Hələlik məlum deyil. Amma Avropa ölkələri vaxtilə şəffaflaşdırmalarıyla lovğalandıqları sərhədlərini artıq tez-tələsik bir-birinin üzünə qapatmağa başlayıblar. Və bunun “qloballaşan dünya”ya sarsıdıcı zərbələr vuracağı artıq indidən şübhə doğurmur.

Картинки по запросу "Afrikada böhran"

Məsələ ondadır ki, “kataklizm ssenariləri”nin reallaşma əlamətləri artıq müşahidə edilməyə başlayıb. Belə ki, Avropa ölkələrinin şəffaflığıyla öyündükləri sərhədləri qapatmağa başlamaları geriyədönməz xarakter alarsa, bu, dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər.

Sərhədqapatma prosesi dövlətlərarası ticarəti çətinləşdirir, turizm sektorunu sıradan çıxartma mərhələsinə doğru sürükləyir. Dünya iqtisadiyyatı kiçilmə təhlükəsi qarşısındadır.

Maliyyə itkiləri ən yüksək həddə doğru irəliləyir. İstehsal prosesi ciddi əngəllərlə üzləşir. Bəzi nəhəng korporasiyalar koronavirusun yayıldığı bölgələrdə öz şirkətlərini qapatmağa başlayıblar. Ərzaq istehsalı və xidmət sektoru ciddi təhlükə qarşısındadır. Yəni görünən odur ki, dünya bazarında bir çox məhsulların qıtlığının yarana biləcəyi qətiyyən istisna deyil.

Картинки по запросу "maliyyə böhranı"

Təbii ki, bütün bunlar dünyada yeni iqtisadi böhranın əsasını qoya bilər. Nə qədər xoşagəlməz tablo olsa da, koronavirus epidemiyasının qarşısı qısa müddətdə alınmazsa, maliyyə-iqtisadi böhran qaçılmaz reallığa çevrilə bilər.

İlkin hesablamalara görə, bu “düşmən” məğlub edilməzsə, dünya iqtisadiyyatının itkiləri 1,1 trilyon dollardan çox ola bilər. Və bu rəqəmin daha da yüksələ biləcəyi qətiyyən istisna edilmir.

Belə görünür ki, koronavirus “qloballaşma prosesi”nə sarsıdıcı zərbələr vurmaqdadır. Və bu prosesin gələcək perspektivləri də artıq təhlükə altına düşməyə başlayıb.

Hər halda sərhədlər bağlanır, ticarət əlaqələri qopur, turizm marşrutları qapanır, şirkətlər fəaliyyətini dayandırır, istehsal prosesi iflasa doğru sürüklənir. Avropada vahid dövlət, maliyyə sistemi, ticari məkan, ortaq iqtisadiyyat və sair bu kimi anlayışlar, strateji hədəflər artıq şübhə ilə qarşılanır.

Ona görə də “qloballaşma prosesi”nin gələcək taleyi məhz koronavirusdan asılı vəziyyətə düşmüş kimi görünür. Bu durumun dəyişməsi üçün “düşmən”in mütləq məğlub edilməsi vacibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam