Redaktor seçimi
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
General Səfər Mehdiyevin qohumu maşınla adam öldürdü- 
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyada özbaşınalıq-
Feyziyevlə “Avromed”i prezident qarşısında ifşa edən həbsin sensasion –
Günün xəbəri

SURİYADA RUSİYANIN ƏL-QOLUNU KİM AÇIR? - Və İdlibdəki hərbi qruplarla “Vaqner”in fərqi nədədir?

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsini bir neçə fazaya ayırmaq olar. İlk vaxtlarda Rusiya bu ölkədə baş verənlərə çox ehtiyatla və ürkəkcəsinə yanaşırdı.

Yenixeber.org: Hələ 2013-cü ildə ABŞ Suriya rejimini dinc əhaliyə qarşı kimyəvi silahdan istifadədə günahlandıranda, hamı Amerika ordusunun tezliklə vəziyyətə müdaxilə edəcəyini gözləyirdi. O zaman Moskva çaşqın halda ABŞ-a müraciət edərək, vəziyyətin yoluna qoyulması üçün Suriyanın əvəzindən danışmağa başladı.

Kreml nümayəndələri deyirdilər ki, Bəşər Əsəd bu vəhşiliyi törətməyib, burada hansısa anlaşılmazlıq var. Rusiya Amerika qarşısında söz verərək, hamını əmin edirdi ki, Əsəd rejimi kimyəvi silahdan istifadə etməyəcək. Əks təqdirdə, nələrin yaşanacağı aydın idi.

Həmin dövrdə müxtəlif silahlı müxalifət qrupları Bəşər Əsəd ordusunu ard-ardına məğlubiyyətə uğradaraq, Hələb də daxil olmaqla ölkənin iri şəhərlərini nəzarət altına alırdı. Bəşər Əsəd mövqelərini itirə-itirə geri çəkilirdi. Onun real müttəfiqi sayılan Rusiya isə vəziyyətə müdaxilə etməkdən bərk qorxurdu.

 

 

Ancaq maraqlıdır ki, 2014- cü ildə necə oldusa, müharibənin gedişində birdən-birə İŞİD adlandırılan terrorçu qrup meydana çıxdı. Müxtəlif millətlərdən təşkil olunmuş İŞİD Suriyadakı müxalifət də daxil olmaqla, hamıya qarşı mübarizəyə girişdi.

Vəkalət müharibələrinin qızğın döyüş meydanına çevrilmiş Suriyada bir mərhələ digəriylə əvəz olunurdu. Həmin vaxt meydana yeni oyunçu - Rusiya daxil oldu. Qəddarlığı və amansızlığı ilə yadda qalan İŞİD ortadan vurulub çıxarıldı.

Bəs necə və konkret olaraq, nə vaxtdan Rusiya Suriyada əl-qol açmağa başladı? 2014-cü ilin martında Krım yarmadasını işğal edəndən sonra ABŞ və Avropa Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etdilər. Sözün düzü, bu sanksiyalara yaxşı diqqət etsək, görərik ki, görülən tədbirlər Rusiyanın əsas iqtisadi bünövrəsinə ciddi təsir göstərməyən ikinci, hətta üçüncü dərəcəli addımlardır. İqtisadi cəhətdən Rusiyanı dəhşətli təlatümə sala biləcək məsələlərə toxunulmadı. Bununla da əslində, çox şey aydınlaşmağa başladı.

Bəzi ekspertlər söyləyirlər ki, Rusiya Qərbdən gələn sanksiylara cavab olaraq, üzünü Çinə tərəf çevirdi. Bu, yanlış fikirdir. Rusiya hələ 2000-ci illərin əvvəlindən Çinə tərəf “əyilib”. Onun Şanxay Əməkdaşlıq Təşkilatınadakı fəaliyyətlərini unutmayaq. Çin və Rusiya Qərb sanksiyalarından hələ xeyli əvvəl qarşılıqlı ticarətdə milli valyutalardan istifadə edilməsinə çağırışlar edirdilər.

 

 

Bir məsələni yada salaq. Belə ki, Sovet İttifaqı ilə Çin arasında 1969-cu ildə silahlı çatışma olub. O zaman Çin SSRİ-yə qarşı torpaq iddiası irəli sürürdü.Uzaq Şərqdəki Damansk yaşayış məntəqəsinə yaxın olan ərazidə Ussuriya çayı hövzəsinin ortasında qalan kiçik torpaq parçası mübahisə predmetiydi. 2004-cü ildə Rusiya prezidenti həmin ərazinin Çinə verilməsiylə bağlı müqaviləni imzaladı və sonra bu sənəd parlamentdə ratifikasiya edildi.

Belə olan halda, sual meydana çıxır - bəs deyilirdi ki, Rusiya Qərbin sanksiyalarına görə Çinə tərəf üz tutmağa məcbur qalıb? Deməli, dünyada cərəyan edən siyasi proseslərin alt qatlarında dərin mətləblər yatır. Digər yandan söylənilə bilər ki, bunun Suriya müharibəsinə birbaşa nə aydiyyatı var? Ancaq nəzərə alınmalıdır ki, hazırda böyük geostrateji qarşıdurmalarda təsadüfi heç nə yoxdur...

Çox böyük ehtimalla Rusiya sanksiyalardan bir il keçdikdən sonra yaxşı başa düşdü ki, əgər Amerika və Avropa Krım yarımadasının və Ukraynanın şərq ərazilərinin işğalına görə ona sarsıdıcı zərbə vurmayıbsa, onda onlar Suriyada da Rusiyaya qarşı heç nə etməyəcəklər.

Vəziyyəti anlayan Rusiya 2015-ci ilin oktyabrından Suriya ərazsində hərbi əmliyyatlar keçirməklə Bəşər Əsədi xilas etdi. Düzdür, Suriyada iranlı peşəkar hərbçilərin rolu da olduqca böyükdür və onlar Əsəd rejimini qoruyublar. Amma məhz Rusiya hərbi aviasiyası sayəsində Hələb geri alındı. Rusiyanın döyüş taktikasında dinc əhalinin varlığı önəm kəsb etmir.Ona görə də Hələb şəhəri aramsız şəkildə bombalanaraq, xarabalığa cevrildi.

 

 

Onu da qeyd edək ki, Rusiya Suriyada “iki addım irəli, bir addım geri” taktikasıyla hərəkət edir. Kremlin strateji planında Suriyanı, İran da daxil olmaqla, kiminləsə paylaşmaq məsələsi yoxdur. İndi İdliblə bağlı kimlərin radikal terrorçu və kimlərinsə mötədil müxalifət olması məsələsi müzakirə obyektidir. Ancaq əslində, əgər bu cür bölgü aparılması düzgündürsə, onda Rusiyanın “Vaqner” qrupunu hansı kateqoriyaya aid etmək olar? Bəs, Ukraynanın Donbas bölgəsindəki böyük silah arsenalına malik döyüşçülər kimlərdir?

Əlbəttə ki, Suriya məsələsində Rusiya legitimlik baxımından digər oyunçulardan bir addım irəlidədir. Çünki hər necə olsa, Bəşər Əsəd qanuni prezident sayılır və o, Suriya ərazisinin suverenliyini qorumaq naminə hərbi əməliyyatlar keçirə bilər.

Lakin Türkiyə hər zaman Suriyanın torpaq bütünlüyünə qarşı olmadığını dəfələrlə vurğulayıb. Baxmayaraq ki, hətta, ən çətin vəziyyətə düşdüyü dövrlərdə Bəşər Əsəd vaxt qazanmaq üçün yeni konstitusiya ilə bağlı ümumxalq referendumuna hazır olduğunu da söyləyirdi və onun nümayəndə heyəti müxalifətlə Cenevrədə görüşlər keçirirdi.

Bəllidir ki, referendum keçirilməsi üçün qaçqınlar vətənlərinə dönməli və bundan ötrü münbit şərait yaradılmalıdır. Bombalar altında referendum olmaz. Rusiya çox yaxşı bilir ki, dini təriqət baxımından Bəşər Əsəd hakimiyyəti əhalinin azlıqda qalan hissəsinə aiddir. Ona görə də Suriya əhalisinin etirazçı hissəsinin ölkədən qovulması rejimin və Rusiyanın gələcək problemlərini həll etmiş olur.

 

 

Hazırda Türkiyə İdlib məsələsində haqlı olaraq geri çəkilmir. İndiyədək Suriyadan Türkiyəyə 3,6 milyon insan qaçıb. Onların qayğısına qalmaq asan deyil.

Bu,Türkiyə iqtisadiyyatı üçün böyük yükdür. Amma Ankara vəziyyətin kritikliyinə baxmayaraq, qaçqınları sahibsiz qoymadı. Bununla yanaşı, Türkiyənin xarici siyasət isteblişmenti Rusiya və Amerikanın geostrateji niyyətlərini düzgün anlamalıdır.

Rusiyanın Suriyadakı maraqlarına nəzər yetirərkən, bir faktı da nəzərdən qaçırmaq olmaz. Belə ki, hesablamalara görə, Suriyadakı dağılmış infrastrukturun bərpası üçün 250 miyard dollara ehtiyac var. Ancaq indidən aydındır ki, Rusiya buraya pul yatırmaycaq. Ona sadəcə, geostrateji mövqe lazımdır, Suriyanın rifahı yox.(azpolitika)

Vaqif Nəsibov

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}