Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Hüseynqulu Bağırovun ailə üzvlərinin daha iki şirkəti aşkarlandı-FOTOFAKT

 Yenixeber.org: Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin İngiltərə, Almaniya, Çexiya, Latviya, Kipr və İtaliyadan başqa Türkiyədə daha iki şirkətinin fəaliyyət göstərdiyi məlum olub. Bu haqda araşadırmaçı jurnalist Cavanşir Həsənli fb səhifəsində yazıb: 
"STAMİNA İNŞAAT TAAHHÜT DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2011-ci il yanvarın 25-də sabiq nazirin xanımı LİANA BAĞIROVA, qızı SEVİNC BAĞIROVA, oğlu LƏTİF BAĞIROV, bacıları DÜRİYYƏ NURİYEVA və ALİYƏ NURİYEVA-nın şərikliyi əsasında İstanbul Ticarət Odasında qeydiyyatdan keçib.
Şirkətin nizamnamə kapitalı 50 min lirədir. Hossələrin 35 faizi Liana Bağırovaya, 35 faizi 30 faizi isə hər birinə 10 faiz bölünməklə Düriyyə Nuriyevaya, Lətif Bağlrova və Aliyə Nuriyevaya aiddir.
ARMADA TARIM VE ÇEVRE MÜŞAVİRLİK İNŞAAT SANAYİ TİCARET LİMİTED şirkəti 2012-ci il fevralın 9-da İstanbul Ticaret Odasında 505785 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı kimi Bağırovlar ailəsinin Istanbul, Ataşehir Barbaros M. Dereboyu Cd. Ihlamur Sok. Uphill Towers A1 Blk. D.151-dəki mənzili göstərilir. Şirkətin təsisçiləri Bağırovlar ailəsinin Türkiyədəki digər ailə şirkəti olan STM Turizm Otelcilik İnşaat Limited Şirketinin təmsilçisi qismində keçmiş nazirin bacısı DÜRIYƏ NURİYEVA, Hüseynqulu Bağırovun oğlu LƏTİF BAĞIROV-dur.
Maraqlıdır ki, şirkət Türkiyədə qeydiyyatdan keçməzdən əvvəl, yəni 2011-ci ilin iyununda onun Azərbaycanda Vergilər Nazirliyi Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində nümayəndəliyi Nigar Tofiq qızı Məmmədovanın qanuni təmsilçiliyi ilə rəsmi qeydiyyatdan keçib. Bağırovlar ailəsi bir yana, Vergilər Nazirliyinin bu saxtakarlığa necə qol qoyması maraqlıdır.
Bağırovlar ailəsinin ölkə xaricindəki digər şirkətlərini bir daha diqqətinizə çatdırıram.

- NORDFIELDS MANAGEMENT LIMITED - İngiltərə
- NORDFIELDS HOSPITALITIES LTD - İngiltərə
- NORDFIELDS INVESTMENTS LIMITED - İngiltərə
- STAMINA INVESTMENTS LIMITED - İngiltərə
- WELGEAR INVESTMENTS LIMITED - Kipr Respublikası
- STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED - Türkiyə
- DEREAN LIMITED - İngiltərə
- LIEGENSCHAFTSVERWERTUNGS GmbH - Avstriya
- WU IMMO CENTER GMBH - Almaniya
- REANDER LIMITED - İngiltərə
- ROMERSTAL INVESTMENTS LIMITED - İngiltərə
- LLOYD MCKENZIE LIMITED - İngiltərə
- WU TRAINING CENTRE UK LTD - İngiltərə
- TURNKEY SOLUTIONS LIMITED - İngiltərə
- ISLA INVESTMENT, S.R.O. - Çexiya
- STAMİNA HOSPİTALİTY SERVİCES - Latviya
- NORDİC STAMİNA - Latviya
- BAGHİROVA İN ROME - İtaliyada hotel
- ANNABELLA HPTEL - Riqada hotel
- BUCHQNAM ARMS HOTEL - Şotlandiyada hotel.
Xatırladaq ki, bu şirkətlər təsis olunanda Hüseynqulu Bağırov nazir vəzifəsində idi.
P.S.Təbii sərvətlərimiz bu qədər zəngindir, amma ac gözləri doydurmaz".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam