Redaktor seçimi
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Günün xəbəri

DÜNYANI SARSIDAN “TOPPUZ BAŞLI” –Koronavirus nədir və qarşısını almaq mümkün olacaqmı?

 

Çində meydana gələn və 11 milyonluq Uxan şəhərinin ətraf mühitdən tam təcridinə gətirib çıxaran koronavirus infeksiyası bundan öncəki “quş qripi”, “donuz qripi” və SARS virusu ilə müqayisədə daha vahiməli görünür.

Yenixeber.org: Müəyyən işlərdən sonra koronavirusun genetik şifrəsinin “qırılması” gözlənilir. Hələlik isə mütəxəssislərin bütün səylərinə baxmayaq, bu virusun genetik kodu çözülməyib. Belə olan halda koronavirusa qarşı müvafiq dərman preparatı və vaksin hazırlamaq müşkülləşir. Həmin virusun bu cür adlanmsı isə onun quruluşu ilə bağlıdır. Öz quruluşuna görə kapsidin başlıqları toppuza və ya taca oxşayır. Bundan öncəki virus infeksiyaları ətrafa yayılmamışdan əvvəl, infeksiya mənbəyi daha tez izolyasiya edilə bilmişdi. İndi çinli alimlər bu məsələdə gecikdiklərini etiraf edirlər.

Çin Mühəndislər Akademiyasının akademiki və respirator xəstəliklər sahəsi üzrə milli ekspertlər qrupunun rəhbəri Çjun Nanşin “Sinxua” agentliyinə verdiyi müsahibəsində deyib: “Yoluxmanın nə zaman öz pik həddinə çatmasını müəyyənləşdirmək çox çətindir. Lakin mən düşünürəm ki, yaxın həftələrdə və ya on gün ərzində xəstələnənlərin sayının artışı artıq baş verməyəcək. Epidemiya ilə mübarizənin iki üsulu var: onun erkən aşkarlanması və yoluxmuş xəstənin erkən izolyasiya edilməsi. Bu, ən sadə və ən səmərəli metoddur. Yeni koronavirusa yoluxmuş xəstədəki tipik simptom- qızdırmadır”.

Məlumatı olmayanlar üçün virus haqqında onu bildirmək istəyirik ki, virus yalnız canlı orqanizmdə peyda ola bilər və bakteriyadan fərqli olaraq, onun nüvəsi yoxdur və hətta o, bakteriyaları da məhv edir. Vaksinasiya tədbirləri və yaranma ocaqlarının məhv edilməsi nəticəsində kökü kəsilmiş taun, vəba, çiçək kimi infeksiyalar virus mənşəli infeksiyalardan fərqlənir. Belə ki, viruslar mutasiyaya uğrayır, yəni sadə dillə desək, formasını dəyişib, yeni cildə girə bilirlər. Virusların mənşəyi elmə tam bəlli deyil, yalnız müxtəlif hipotezalar irəli sürülür. Virus mənşəli ən çox yayılan infeksiya qrip infeksiyasıdır.

Tarixdə ən böyük pandemiya (yəni başvermə ocağından çıxıb, bütün dünyaya yayılma hadisəsi-müəll.) 1918-1920-ci illərdə bütün dünyanı bürümüş “İspan qripi” olub. Bu virus ilk olaraq İspaniyada aşkarlandığından, həmin ad buradan yaranıb. Dəqiq olmayan məlumata görə, bu pandemiya nəticəsində tələf olanların sayı 50 milyonu ötmüşdü. Sonrakı dövrlərdə də qrip virusu az insan öldürməyib. 1950-ci illərin ortasında ölümcül qrip virusu yenidən tüğyan etmişdi. 1968-1969-cu illərdə pandemiya halını almış “Hon-Konq qripi” nəticəsində təkcə ABŞ-da 30 min adam ölmüşdü.

Əgər biz ən çox yayılan virus infeksiyası - qrip xəstəliyinin insan sağlamlığı üçün törətdiyi fəsadlara diqqət etsək, onda bu infeksiya nəticəsində nə qədər insanın öldüyünü görərik. Ancaq maraqlısı odur ki, bununla bağlı dünyada elə də böyük çaxnaşma yaşanmır. Sanki bütün bəşəriyyət buna labüd bir proses kimi yanaşır. Çünki qripdən fərqli olaraq, yeni koronavirusdan ölə biləcək insanların sayının qat-qat çox olacağı ehtimalı yüksəkdir. Sözsüz ki, mənşəyi naməlum olan hər bir yolxucu xəstəlik daha geniş təlaş yaradır.

ABŞ-ın “Slate” saytında yayımlanmış və “Bu il qrip koronavirusdan daha qorxuludur” başlıqlı məqalədə yazılır: “Bir neçə ay bundan öncə 2019-2020-ci ilin qrip mövsümünün pis olacağı təhlükəsi vardı. Hələlik, bu baş verməyib, yalnız hələlik. ABŞ-da ən pis qrip mövsümündə (2017-2018-ci il) 61 min nəfərə yaxın insan ölmüşdü və onlardan 643 nəfəri uşaq olub. Lakin görürsünüzmü, hətta bu cür pis qrip mövsümü bizim indi izlədiyimiz koronavirusla müqayisədə elə də böyük təlaşa və səs-küyə səbəb olmadı. Əgər böyük elmi kəşflər olmayacaqsa və ya virusologiya sahəsinə güclü maliyyə ayrılmayacaqsa, onda bundan sonra da qrip həmişəki kimi cövlan edərək, insanlığı “barmağına sarıyacaq”. Yazıçı və onkoloq Siddxartxa Mukereji xərcəng xəstəliyini “bütün xəstəliklərin şahı” adlandırıb. O, qrip virusu barəsində isə bunları deyib: “Qrip bütün virusların saray təlxəyidir, lakin iş ondadır ki, biz bu təlxəyə xüsusi diqqət ayırmırıq”.

Sözügedən məsələ ilə əlaqədar Almaniyanın “Die Welt” qəzeti yazır: “Koronavirusla bərabər dünyaya qorxu da yayılır. Məgər, doğrudanmı xəstəliklər, epidemiyalar, müharibə və terror, bioloji növlərin itməsi və iqlim dəyişikliyi kimi müdhiş bədbəxtliklərə daha yenisi - insanın sağ qalması məsələsi əlavə olunur? Sübhəsiz risk böyükdür. Hələ bəlli deyil ki, dünya sürətlə yayılan bu pandemiyanın öhdəsindən gəlməyi bacaracaqmı”.

Ancaq “Die Welt” onu da bildirir ki, əslində elmin inkişafı nəticəsində bəşəriyyət böyük fəlakətlərdən qurtula bilib, lakin qorxu və təlaş əvvəlkitək öz yerində qalır.

Qəzet yazır: “Pandemiya qorxusu dünyanın sürətlə kürəsəlləşməsi ilə əlaqəlidir. İndiki pandemiyanın aktuallığı barəsində nəticəni Valter Kremer və Herald Makentunun “Təlaşa qapılanlar” bestsellerindən çıxarmaq olar. Həmin kitabda deyilir: “Risklər artmayıb, bizim ona baxışımız kəskinləşib. Hələ heç zaman texniki tərəqqi sivilizasiya üçün riskləri və təhlükələri artırmayıb, tamam əksinə, bunu azaldıb. Hələ heç zaman həyat bu cür təhlükəsiz olmayıb və bu təhlükəsizliyin möhkəmləndirilməsi davam edir”.

Ümumiyyətlə isə, infeksion xəstəliklər bu və ya digər şəkildə mövcudluğunu hər zaman sürdürüb, amma indiki kürəsəl iqtisadi–sosial inteqrasiya dövründə onun fəsad gücünün daha çox olacağından ehtiyat edilir. Belə ki, virusiun meydana gətirdiyi fəlakətlər dünya üçün təkcə tibbi nöqteyi-nəzərdən deyil, həm də iqtisadi cəhətdən qorxuludur. Artıq uzun müddətdir ki, Çin dünya fabrikinə çevrilib. İndi isə hamı bu “emalatxanadan” qaçır. Əgər dünya iqtisadiyyatının əsas istehsal mərkəzində virusla bağlı işlər vaxtında yoluna qoyulmazsa, onda ümümdünya çapında iqtisadi təlatümlərin baş verəcəyi qaçılmaz olacaq.(azpolitika)

Vaqif NƏSİBOV

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}